Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
907
az

Prezident Artur Rasi-zadəyə təşəkkür etdi

10:1521 Aprel, 2018
1099
  • A
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Artur Rasi-zadənin uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə səmərəli fəaliyyət göstərdiyini qeyd edərək onun ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda əzmlə çalışdığını bildirib.

Oxu24.com xəbər verir ki, qeyd olunub ki, Artur Rasi-zadə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə də müstəqilliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin böyük uğurlar qazanması istiqamətində səylərini əsirgəməyib.

Artur Rasi-zadə fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev kursunu uğurla davam etdirən İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə ölkəmiz sosial-iqtisadi sahənin bütün istiqamətlərində misli görünməmiş nailiyyətlər əldə edib və beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Prezident İlham Əliyev Artur Rasi-zadəyə Baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkürünü bildirib.

Artur Rasi-zadə göstərilən qayğı və diqqətə görə dövlətimizin başçısına bir daha minnətdarlığını bildirib. O, Prezident İlham Əliyevə xalqımızın rifahı və firavanlığı naminə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranın
İrəvan bu məsələdə Bakı ilə danışıqlara getmədi
Azərbaycanın sülh səylərinə Ermənistanın qarşılıq göstərilməsi vacibdir - Nazir