Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8786
az

Bu, Qarabağın qaytarılması ilə nəticələnəcək... - Rusiyadan SENSASİON XƏBƏRDARLIQ

18:4210 Yanvar, 2019
880
  • A
“ABŞ və Böyük Britaniya Ermənistanda yüksək fəallıq göstərir. Bu neqativ haldır. Çünki Rusiya ilə hərbi əməkdaşlığın itirilməsi avtomatik olaraq Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə nəticələnəcək. Ermənistanın indiki hakimiyyəti bunu anlamır”.

Oxu24.com xəbər verir ki, bu barədə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.

Yevseyev iddia edir ki, Dağlıq Qarabağda müharibənin alovlanması toqquşmaların Azərbaycan-Ermənistan sərhədinə də keçməsi ilə nəticələnə bilər.

“Həmçinin, Azərbaycan və Türkiyə ordularının birgə hərəkət edəcəyi də istisna deyil. Bu baxımdan, Ermənistan hakimiyyəti Rusiya bazalarının əhəmiyyətini anlamalıdır. Bu bazalar ilk növbədə Türkiyənin ambisiyalarının qarşısını alır. Buna görə də Rusiya və Ermənistan arasındakı hərbi əməkdaşlığın zəifləməsi İrəvanı ciddi təhlükələr altına qoyacaq. Dağlıq Qarabağ Azərbaycana qaytarılsa, bu ermənilərin qəzası olacaq. Ermənilər Ermənistanda niyə yaşadıqlarını anlamayacaqlar, hətta diasporun heç bir əhəmiyyəti qalmayacaq”, - deyə o bildirib.

Yevseyev qeyd edib ki, Rusiya Ermənistanın yeganə zəmanətçisidir: “Rusiya olmasa, Ermənistanı nə ABŞ, nə Böyük Britaniya, nə də NATO qorumayacaq. Ermənistanın əhalisi faktiki olaraq cəmi 2,3 milyondur, onlar 10 milyonluq Azərbaycanın qarşısında dayana biləcəklərmi?! Bu mümkün deyil. Situasiya yetişsə, Azərbaycan təkcə yeddi rayonu yox, bütövlükdə Qarabağı qaytaracaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?
Qarabağda vəziyyət tamamilə Bakının xeyirinə dəyişir - Ermənilər qorxu içində

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu