Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8777
az

Raketlə silahlanan gözətçi gəmisi - “Tufan”da daha nələr var?

15:0310 Yanvar, 2019
822
  • A
 Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub. Prezident, həmçinin Dövlət Sərhəd Xidmətinin döyüş texnikası, silah-sursat və digər təyinatlı avadanlıqlarına baxış keçirib.

Azvision.az xəbər verir ki, OPV-62 layihəli gəminin Azərbaycan versiyası olan “Tufan” gözətçi gəmiləri mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri, hidroaküstik qurğularla təchiz olunub.

“Tufan” layihəli sərhəd gözətçi gəmisinin uzunluğu 62 metr, eni 7.62 metr, su basımı 470 tondur. Gəmidə 2 dizel və əlavə olaraq 1 qəza dizel generatoru mövcuddur. Altı ballıq dalğalarda üzə bilən “Tufan” layihəli gəmilərin sürəti 32 düyün, fasiləsiz üzmə sürəti 28 düyün, ekonom sürəti isə 18 düyün təşkil edir. Gəminin idarəetmə mərkəzi sensorlu monitorlarla təchiz olunub.



Hazırda Azərbaycan Silahlı Qüvvələrində özünün təchizatına görə ən müasir hərbi gəmi olan “Tufan”lar 25 km atış mənzilinə sahib idarə olunan “Spike-NLOS” raketləri ilə silahlandırılıb. Gəminin əsas raket silahı olan “Spike-NLOS” izləmə kamerası sayəsində atışdan sonra uçuş trayektoriyası üzrə bütün görüntüləri idarəetmə mərkəzinə ötürür. Bu informasiyalar əsasında, ehtiyac yarandıqda raketin hədəflərini dəyişmək olar. Bundan başqa, gəmidə, həm məsafədən idarə edilən, həm də mexaniki şəkildə atışların aparılmasına imkan verən bir ədəd 23 mm çaplı 2A14 topuyla silahlandırılmış “Typhoon”, iki ədəd 12.7 mm çaplı M2HB pulemyotu ilə silahlandırılmış “Mini Typhoon” döyüş modulu və “Rafael” şirkətinin istehsalı olan “Toplite” elektro-optik sistemi yer alır.


“Toplite” elektro-optik kompleksi gəminin döyüş idarəetmə sisteminə inteqrasiya edilib. Gəminin naviqasiya sisteminə “Elta EL/M-2228X” kombinə olunmuş radar, “Furuno” naviqasiya radarı daxildir. Radar sistemi uzaq məsafədən suüstü və 80 km məsafədən hava hədəflərini aşkarlaya bilir. Bundan başqa, gəmilərin raketlərdən mühafizəsi WIZARD (Wideband Zapping Advanced Radar Decoy) maneəqoyma kompleksi hesabına təmin olunur. Bütün gəmilər uzaq məsafədən su altı təhdidləri aşkarlamaq üçün sonar sistemi ilə təchiz edilib. “Tufan” layihəli gəmilərin göyərtəsinə hər cür hava şəraitində helikopterlərin enib-qalxması mümkündür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - Reaksiya
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - Fotolar

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO