Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8376
az

Paşinyanın uğursuz Moskva səfəri: Ermənistan iqtisadi sanksiyaların astanasında – Bizim şərh

19:3328 Dekabr, 2018
815
  • A
 Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqların yekunlarına dair özünün “Facebook” səhifəsində paylaşımlar edib. Virtualaz.org xəbər verir ki, Paşinyan onun Moskvaya səfəri kontekstində Qarabağ məsələsi barədə KİV-lərin çox yazdığını qeyd edib. Amma bildirib ki, onun Putinlə danışıqlarında Qarabağ məsələsinə dair heç bir müzakirə olmayıb.

“KTMT-də yaranmış vəziyyətlə bağlı isə qısa müzakirə oldu. Bizim mövqeyimiz bundan ibarətdir ki, instusional həll tapılmalıdır. KTMT-nin nizamnaməsinə dəyişiklik edilməlidir ki, gələcəkdə belə situasiya yarananda indiki kimi disputlar baş verməsin”, – Nikol Paşinyan bildirib.

“Baqramyan 26” teleqram-kanalı (Ermənistan baş nazirinin iqamətgahının yerləşdiyi ünvan belədir-red.) isə iddia edir ki, Paşinyanla Putin arasında danışıqlarda Qarabağ məsələsinə toxunulub. Üstəlik Rusiya prezidenti şərt qoyub ki, Paşinyan Qarabağa dair Azərbaycanla intensiv danışıqlara başlamasa, Ermənistana verilən təbii qazın qiyməti arta bilər. “Kreml mesaj verib ki, İrəvanın energetika sferası tamamilə baş nazirin sözəbaxımlığından asılı olacaq. Ermənistan üçün qaz bahalaşmayacaq, bir şərtlə ki, Paşinyan bir daha KTMT-nin işini mürəkkəbləşdirməsin, Robert Köçəryanı azad etməyə razılaşsın (girov əvəzində zaminə buraxsın) , Moskvanın vasitəçiliyi altında Əliyevlə Qarabağa dair danışıqları intensivləşdirsin, Ermənistandakı bioloji laboratoriyalarda xarici mütəxəssislərin və hərbçilərin iştirakını istisna edən sənədi imzalasın”-həmin mənbə iddia edir.

Bildirilir ki, Putinlə dostluq edən Robert Köçəryanın azadlığa buraxılması məsələsində tərəflər razılıq əldə edə bilməyiblər. Digər məsələlərlə bağlı razılaşmanın əldə edilib-edilmədiyi də məlum deyil. Qapalı danışıqların yekunu olaraq Putinlə Paşinyan jurnalistlərin qarşısına çıxıb birgə bəyanatla çıxış etməyiblər.

Rusiya və Ermənistan qazın qiyməti məsələsində razılığa gələ bilməyib. Bu barədə Rusiya Prezidenti ilə görüşdən sonra Yerevana qayıdan Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan öz “Facebook” səhifəsində məlumat verib.

O bildirib ki, bu məsələdə razılıq əldə olunmayıb: “Bununla bağlı müzakirələr davam edir. Təsdiq olundu ki, bu, ikitərəfli əlaqələr üçün olduqca həssas məsələdir və bunu həm İrəvanda, həm də Moskvada anlayırlar”.

“Lakin ümumilikdə mən bu məsələdə optimist əhval ruhiyyədəyəm. Ümid edirəm ki, bu məsələ istədiyimiz məcrada cərəyan edəcək” – deyə Paşinyan vurğulayıb. Qeyd edək ki, Ermənistanın “Jamanak” qəzeti daha əvvəl Rusiyanın Ermənistana satdığı qazın qiymətinin 2019-cui il yanvarın 1-dən artıracağı barədə məlumat yayıb. “Rusiya ilə qaz tarifi barədə müqavilə 2018-ci il dekabrın 31-də başa çatır. Bizdə olan məlumata görə, Rusiya qazın qiymətini artıracaq və buna görə istehlakçılar daha çox pul ödəməli olacaqlar” – deyə məlumatda bildirilib.

Xatırladaq ki, hazırda Rusiya Ermənistana qazın hər min kub metrini 150 dollara satır. İndi isə qazın qiymətinin dəyişə biləcəyinə işarə edərək, Ermənistanın yeni rəhbərliyinə yerini göstərir. Rusiyanın planı aydındır – qazın qiyməti qalxarsa, bu, indiki hakimiyyətin reytinqinə neqativ təsir edəcək. Qazın bahalaşması avtomatik şəkildə kasıb ölkədə yeni bahalaşma dalğası yaradacaq. Məsələ həm də ondadır ki, Ermənistan alternativ İran qazından da istifadə edə bilmir. Çünki İrəvan ölkədə qaz təchizatı və qazpaylayıcı sistem bütünlüklə Rusiyanın “Qazprom” şirkətinin mülkiyyətidir. Ermənistan iqtisadiyyatının digər sahələri Rusiyanın nəzarətindədir.

Göründüyü kimi, Ermənistanın iqtisadi sahədə heç bir manevr imkanları yoxdur. Avropa birliyinin Ermənistana ayırdığı milyonlarala vəsait Rusiyadan alınan qaza sərf edilərsə, Paşinyanın sosial islahatlar üçün ümid etdiyi maliyyənin səmərəliyi olmayacaq. Nəticədə xalq yenidən ağır sosial tələblərlə etiraz aksiyalarına çıxacaq. Baş verən proseslər göstərir ki, Paşinyanın islahatlar vədləri heç bir real əsaslara malik deyil.

Qərb, Paşinyana maliyyə və siyasi dəstək naminə onun Rusiyanın orbitindən çıxması üçün əsaslı vədlər verib. Kreml çalışır ki, Paşinyanın qərbpərəst siyasətinin qarşısın alsın. Bununla belə, Ermənistanda siyasi-iqtisadi vəziyyət gərgin olaraq qalır. Ümumiyyətlə bu ölkədə əsaslı islahatlar mümkün deyil. İlk növbədə bu ölkə işğalçı siyasətinə görə blokada və Rusiyanın forpostudur.

Onu da vurğulamaq lazım gəlir ki, Ermənistan iqtisadiyyatındakı Rusiya investisiyasının hiss olunacaq dərəcədə azalıb. Siyasi-iqtisadi islahatlar apararkən bir sıra amillər unudulmamalıdır. Erməni siyasətçiləri Ermənistan iqtisadiyyatının hansı vəziyyətdə olduğunu dərk etməlidirlər.

Məsələn, Rusiya iqtisadiyyatının dörddə üç hissəsinə Rusiya şirkətləri nəzarət edir. Bu baxımdan, İrəvanın Moskvaya qarşı demarşı ona baha başa gələ bilər. Bu arada Ermənistana daha bir iqtisadi sanksiya xəbərdarlığı da ABŞ-dan gəlib. Ermənistanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent bildirib ki, İranla ticarət məsələsində Ermənistana hər hansı güzəşt tətbiq edilməyəcək: “ABŞ-ın İrana qarşı sanksiyaları bilərəkdən bir neçə sektor və müəyyən şirkətlərə qarşı yönəldilib. Burada söhbət ticarətlə məşğul olan kiçik treyderlərdən getmir. Lakin erməni şirkətləri Gürcüstan və Azərbaycan şirkətləri kimi müştərilərinin kim olduğunu anlamalıdır. Biz şirkətləri müəyyən İran təşkilatları ilə ticarət münasibətlərinə girməməyə çağırırıq. Ona görə ki, bu şirkətlər sanksiyalar altına düşə bilər”.

Burada bir faktı xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın imzaladığı fərmanda Azərbaycanla bağlı bənd sənəddən çıxarılmışdı. Bakı bu oyundan da uğurla çıxdı… Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kanada İranın müdafiə nazirinə sanksiya tətbiq etdi
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur