Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8083
az

Dövlət sirrini yayan Tərtərin icra başçısını hansı cəza gözləyir? –Bu VİDEOya görə

14:5419 Dekabr, 2018
1078
  • A
 Sosial şəbəkələrdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rusiyalı jurnalistlə müsahibəsi birmənalı qarşılanmayıb.

Femida.az xəbər verir ki, 10 dəqiqəlik müsahibə boyu Müstəqim Məmmədov düşmənlə üz-üzə dayanan Tərtər rayonunun bir çox dövlət sirr sayılan məlumatları rusiyalı jurnalistlə bölüşüb. İcra başçısının rus dilində səlis danışa bilməməsi də diqqətdən yayınmayıb.

Qeyd edək ki, yerli media orqanlarının cəbhəyanı rayonlardan reportaj hazırlamaq istəyi yerli icra hakimiyyəti orqanları tərəfindən rədd edildiyi halda rusiyalı telejurnalistə bu şərait yaradılıb. Halbuki cəbhə bölgəsində çəkiliş aparmaq və digər məsələlər Azərbaycan xüsusi xidmət orqanlarının, xüsusilə, hərbi kəşfiyyat qurumunun nəzarəti altında həyata keçirilməlidir.

Xatırladaq ki, Prezident İlham Əliyev 2014-cü il sentyabrın 24-də "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncam imzalayıb.

Sərəncamda yer alan bir sıra məsələlərlə yanaşı, Müdafiə Nazirliyinə tapşırılıb ki, cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görsün, KİV-lərdə və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etsin və "Dövlət sirri haqqında" Qanuna görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyənləşdirib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını təşkil etsin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət sirrini yayan Tərtərin  icra başçısını hansı cəza gözləyir? –Bu  VİDEOya görə

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ