Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6179
az

İlham Əliyevdən yeni təyinatlar: Yaqub Eyyubovun oğlu geri çağırıldı

18:5516 Oktyabr, 2018
837
  • A
 Prezident İlham Əliyev yeni səfir, daimi nümayəndə və fəxri konsullar təyinatları ilə bağlı sərəncamlar imzalayıb.

Oxu24.com  xəbər verir ki, dövlət başçısı Qaya Məmməd oğlu Məmmədovu Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı, Fəxrəddin Nəcəf oğlu İsmayılovu Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndə təyin edib. Prezident başqa bir sərəncamla Emin Yaqub oğlu Eyyubovu Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıb.

Qeyd edək ki, Emin Eyyubov baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğludur.

İlham Əliyev Oktay Sudef oğlu Qurbanovu Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edib. Başqa bir sərəncamla Tarik İsmayıl oğlu Əliyevi Azərbaycan Respublikasının Mərakeş Krallığında, Qambiya Respublikasında, Mali Respublikasında, Mavritaniya İslam Respublikasında, Portuqaliya Respublikasında, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb.

Dövlət başçısı həmçinin Elşən Xanlar oğlu Vəliyevi Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edib. 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - Reaksiya
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - Fotolar

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü