Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5691
az

Sensasion kadrlar: Əliyevlə Paşinyan bir liftdə - VİDEO

14:4401 Oktyabr, 2018
1314
  • A
“Rossiya 1” telekanalında jurnalist Vladimir Solovyovun “Moskva.Kreml.Putin” proqramının növbəti buraxılışı efirə gedib. Virtualaz.org xəbər verir ki, bu proqramda MDB-nin ötən həftə Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammitinə də geniş yer verilib.

Sammitdən çəkilən kadrlarda prezidentlərin formal və qeyri-formal ünsiyyəti barədə bir çox maraqlı detallar yer alır. Bunlardan biri də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ünsiyyət barədə olub.

Belə ki, sammitin keçirildiyi beşmərtəbəli binada prezidentlər yuxarı qalxmaq üçün liftdən istifadə ediblər. Bu zaman Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri eyni liftdə olub. “Rossiya 1” telekanalının çəkiliş qrupu İlham Əliyevlə Nikol Paşinyanın liftdən birlikdə çıxdıqlarını əks etdirən kadrları nümayiş etdirib və bunu “sensasion kadrlar” adlandırıb. Kadrlara əsasən İlham Əliyevlə Nikol Paşinyanla birlikdə MDB-nin icraçı katibi Sergey Lebedev də həmin liftdə olub. Əliyevlə Paşinyanın liftdən çıxarkən gərgin olduqları, amma söhbətləşməkdə davam etdikləri görünür.

“Öz özlüyündə bu kadrlar sensasion sayıla bilər. Azərbaycan prezidenti və Ermənistanın baş naziri eyni liftdə gedir. Onlar gərgindir, diqqətlərini cəmləyibər, amma söhbəti zala dxil olana qədər davam etdirirlər”-sammiti izləyən jurnalist Pavel Zarubin şərh edib.

Xatırladaq ki, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında Düşənbədə il dəfə ünsiyyət baş tutub. Tərəflər Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılmasını müzakirə ediblər və iki ölkə rəhbərliyi arasında birbaşa əlaqə kanalının yaradılması haqda razılığa gəliblər.

Virtualaz.org

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
Azərbaycan və Pakistan iki saziş hazırlayır

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur