Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5626
az

Azərbaycanlı nazir övladları harada çalışırlar? - Siyahı

20:3128 Sentyabr, 2018
2373
SİYASƏT
  • A
 Xəbər verdiyimiz kimi, bu günlərdə səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva diyarının mədəniyyət naziri təyin edilib.

Nazirlər, komitə sədrləri, vəzifəli məmurlar... Onların övladları harada çalışır, hansı sahədə təmsil olunur?  

 “Yeni Müsavat” bununla bağlı arayış hazırlayıb.

Bu ilin aprelində daxili işlər naziri Ramil Usubov indiki baş nazir Novruz Məmmədovun oğluna yüksək vəzifə verib. R.Usubovun əmri ilə bir müddət bundan əvvəl Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi təyin edilən polis polkovnik-leytenantı İsmayıl Məmmədov Noruz Məmmədovun oğludur. İsmayıl Məmmədov bundan əvvəl Daxili İşlər Nazirliyində (DİN) çalışıb.

2015-ci ildə Səbayel Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərhad Eyyubov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. F.Eyyubov baş nazirin müavini Yaqub Eyyubovun  oğludur.

Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun iki oğlu var. Onun oğlanlarından biri – Orxan Əhmədov prokurorluq sistemində işləyir. Oğlu Fikrət Əhmədov 2014-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır. Eyni zamanda 2017-ci ilin dekabr ayında ATU-nun xarici tələbələrlə iş üzrə dekanlığında dekan müavini vəzifəsinə təyin olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov adını dəyişib. Abu Bəkr Abutalıbov olan mer oğlu İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan otel alıb. O, Türkiyədə vətəndaşlıq statusu alıb, otelin yenilənməsi üçün daha bir neçə milyon xərcləyib. “Ajwa” adı ilə fəaliyyət göstərən oteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir. Abu Bəkr Abutalıbov “Ajwa” markası ilə ikinci otelini də Kapadokyada açacaq.

İsrafil Abutalıbovun adı illərdir ki, mətbuatın gündəmindən düşmür. 2006-cı ildə qəzetlər İsrafil Abutalıbovun öz bahalı avtomobilində İstiqlaliyyət küçəsindəki elit dükanların birinə girərək qəzəbli halda oradan biri 2 min dollar olan qadın paltarı aldığını, həmin paltarla maşınının şüşələrini və təkərlərini silib nümayişkaranə şəkildə cırdığını və zibil qutusuna atdığını yazırdı. Səbəb də o imiş ki, İsrafil bəyin rəfiqəsi o dükandan həmin paltarı almaq istəyib. Amma satıcılar ona paltarı əyninə geyib yoxlamağa icazə verməyib.

Sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun qızı ilə boşanandan sonra İsrafil Abutalıbov uzun müddət Londonda yaşamışdı.

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədov isə hazırda Bakıdakı 12 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsində çalışır. Fariz Məmmədov həm də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvüdür.

Fariz Məmmədov 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq (bakalavr) ixtisası üzrə təhsil alıb. 2003-2005-ci illərdə  Bakı Dövlət Universitetində mülki hüquq üzrə magistr dərəcəsi alıb.

Daha sonra ali təhsilini xaricdə davam etdirib. 2005-ci ildə Sorbonn Universitetində (Fransa) hüquqşünaslıq (magistr) təhsili alıb. O, 12 ildir vəkillik fəaliyyəti ilə məşğuldur.

11 ildir nazir işləyən Elmar Məmmədyarovun 2 oğlu var: Riyad və Emin. Azərbaycanın xarici işlər nazirinin hər iki oğlu hazırda Amerikada ali təhsil alır. Riyad və Emin Məmmədyarovlar ABŞ-ın Nyu-York Universitetinin tələbələridirlər. Onlar da öz istəkləri ilə özlərinə ixtisas seçiblər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin Nərgiz və Nigar adlı iki qızı, iki nəvəsi var. M.Abbaszadənin qızı Nərgiz Birk-Petersen (Abbaszadə) Xəzər Universitetində oxuyanda Tələbə Televiziyasının ingiliscə yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib. Sonra hüquq təhsili almaq üçün ABŞ-a gedib. Ali təhsilini tamamladıqdan sonra ABŞ və Rusiyada hüquqşünas işləyib. Ana dili ilə yanaşı, ingilis, rus, Danimarka dillərini də bilir.

Nərgiz xanım 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə iddialı olan “Bakı-2020” Olimpiya hərəkatının ictimai əlaqələr departamentinin direktoru vəzifəsini tutub. O, 2012-ci il aprelin 16-da Moskvada 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimində çıxış edib. Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı qurmuş Nərgiz xanım hazırda bu ölkənin paytaxtı Kopenhagendə yaşayır. O, Danimarka vətəndaşıdır. Nərgiz Birk-Petersenin iki övladı var.

Azərbaycan maliyyə naziri Samir Şərifovun oğlunun harada çalışması ilə bağlı məlumatlar isə geniş yayılmayıb. Onunla bağlı daha çox dünyada “Anadolu aslanı” kimi tanınan Kanqal (poyraz) it cinsini alması barədə xəbər var. Azərbaycan maliyyə nazirinin oğlu qardaş ölkədə məşhur olan çoban itləri alıb saxlayır. Nazir Şərifovun övladının “Anadolu aslanı” kimi tanınan Kanqal (poyraz) it cinsini alıb saxladığını elə it fermasının sahibi Birol Başyiğit özü təsdiqləyib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan DDLAR GROUP adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. Arif Rəhimov evlidir və hazırda Londonda yaşayır. Bununla paralel Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir.

Mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva Londonda məşhur “Sotheby s” hərrac evində layihə meneceri vəzifəsində işləyir. O, YARAT müasir incəsənət təşkilatının sərgilər və daimi kolleksiyalar üzrə kurator direktorudur.

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyevin oğlu Murad Qulubəyli isə hələ ali təhsil alır. Onunla bağlı xəbərlər isə daha çox Novruz bayramı münasibəti ilə imkansız ailələrə yardım etməsi ilə bağlıdır.

Kəmaləddin Heydərovun oğlu Tale Heydərov diaspor fəaliyyəti göstərən “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun prezidentidir. T.Heydərov hazırda İngiltərədə yaşayır. O, həm də “United Enterprises International” şirkətlər qrupunun İdarə Heyətinin sədridir. Fövqəlnazirin kiçik oğlu Nicat Heydərov həmin “United Enterprises International”  şirkətlər qrupunun sədr müavinidir.

Baş nazirin müavini Yaqub Eyyubovun oğlu Emin Eyyubov Azərbaycanın Avropa Şurası yanında diplomatik missiyasına rəhbərlik edir. O, bundan öncə ölkəmizi Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfir və Avropa İttifaqı yanında Nümayəndəliyin başçısı kimi təmsil edib.

Prezident Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovun oğlu Pərviz Şahbazov Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiridir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev Türkiyədə fəaliyyət göstərən “İNDEX” təşkilatına rəhbərlik edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qərbdən sülhlə bağlı qərəzsiz və ədalətli həll gözləmək mümkün deyil - Türkiyəli ekspert
NATO-nun Baş katibi: Azərbaycan ilə Ermənistanın hazırda davamlı sülhə nail olmaq imkanı var
Stoltenberq Azərbaycana səfər edəcək

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM