Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5491
az

İCRA BAŞÇILARININ BAŞLARI AĞRIYACAQ… – GƏLİŞMƏ

20:2424 Sentyabr, 2018
1249
  • A
 Son dövrlər ölkədə, xüsusən də Bakı şəhərində tikinti sahəsində ciddi problemlər yaranır. Buna səbəb tikinti işlərinin plansız aparılması və müvafiq qaydalara riayət olunmamasıdır.

Şəhərin mərkəzində demək olar ki, xaotik vəziyyət yaranın. Tikinti işləri o qədər nizamsız aparılıb ki, həm şəhərin gözəlliyinə xələl gəlir, həm də avtomobil və piyadaların hərəkəti çətinləşir.

Bundan ələvə, küçə və xiyabanların icra hakimiyyəti başçıları tərəfindən müxtəlif məqsədələr üçün iş adamlarına satılması və nizamsız olaraq obyektlərin tikilməsi narahatlıq yaradır.

Hətta iş o yerə çatıb ki, ölkə başçısı da məsələyə sərt reaksiya vermək məcburiyyətində qalaraq, qanunsuz, baş plana uyğun olmayan tikintilərə icazə verən məmurların cəzalandırılacağını bəyan edib.

Bu günlərdə isə Prezident İlham Əliyev şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanla müəyyən edildiyinə görə, yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma vəTikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verirlər.

Yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma vəTikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir.

Nazirlər Kabinetinə tapşırılır ki:

– qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, tikintisinə icazə tələb olunan binaların tikinti layihələrinin memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması mexanizmi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4-cü maddəsi çərçivəsində, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 490 nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulan tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və tikintinin təyinatına uyğun olaraq rəy bildirməli olan aidiyyəti qurumların siyahısında bu Fərmanın 1.1-ci bəndində göstərilən rəyin nəzərə alınmasını təmin etsin;

– Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

– mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

– bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintisinə icazə verilən binaların memarlıq planlaşdırma bölmələrində müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması üçün tədbirlər görəcək, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Göründüyü kimi, bu fərmandan irəli gələn dəyişikliklərə görə, icra başçıları artıq istədikləri kimi sərbəst hərəkət edə bilməyəcəklər. Yəni, bundan sonra tikintilər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintisinə icazə verilən binaların memarlıq planlaşdırma bölmələrində müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsi şərti ilə həyata keçiriləcək.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanov “Reytinq”ə bildirib ki, Prezident İlham Əliyevin şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərmanı bu sahədə dəyişikliklərə səbəb olacaq:

“Bu günə qədər rayon icra hakimiyətləri şəhərsalma qaydalarını çox kobud şəkildə pozublar. Bu, əslində, gecikmiş bir qərardır. Amma buna baxmayaraq, hesab edirəm ki, bundan sonra paytaxt Bakı şəhəri ərazisində, xüsusilə yol infrastruktur layihələrinəmane olan (əsas yolların kənarında səkilər, mühafizə zolaqlarında qeyri-qanuni tikililərin) obyektlərin tikintisinin qarşısını alacaq. Ölkə başçısının bu fərmanı müfəssəl və baş plana zidd olan tikililərin aparılmasına mane olacaq. Əvvəllər icra hakimiyyətləri şəhərimizin baş planına zidd olan bir sıra layihələrə icazə verirdilər. Yəni icra hakimiyyətləri qeyri-qanuni tikililərə bir başa sərəncam verir və buna uyğun tikinti işləri aparılırdı. Lakin tikinti başa çatandan sonra ayrı-ayrı müvafiq qurumlardan rəy alınırdısa, hazırda qanunvericilik buna imkan vermir. Tikinti başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi məcburidir, əks halda tikintinin icrası sözügedən qurum tərəfindən dayandırıla bilər. Əgər tikinti şəhərsalma qaydalarına uyğundursa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bunun icrasına icazə verəcək”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyib ki, şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərmanı müsbət qiymətləndirmək olar. Onun sözlərinə görə, əsas qəbul olunan qaydalar deyil, onlara əməl olunmasıdır:

“Əslində belə bir dəyişikliyin olması xaotik tikintilərin qarşısını almaq üçün zəmin yaradacaq. Hesab edirəm ki, bu qanun digərləri kimi kağız üzərində qalmamalı və icra olunmalıdır. Bakı şəhərinə nəzər yetirsək, bu sahədə ciddi problemlərin olduğunu görərik. Çünki son ilər paytaxtda xaotik tikinti işləri aparılıb ki, bu sahədə tənzimlənmə aparılması vacibdir. Ola bilsin ki, bu sərəncamdan sonra xaotik tikinti tendensiyasına son qoyulsun.

Məlum olduğu kimi, Bakının baş planı da işlənib hazırlanıb. Tikintilər də baş plana uyğun aparılmalıdır. Yəni, qanuna əməl olunarsa, icazənin hansı qurum tərəfindən verilməsinin önəmi yoxdur. Nəzər yetirəndə görərik ki, qanunlar yüksək səviyyədə hazırlanıb, bütün məqamlar nəzərə alınıb. Amma mövcud görüntü onu deməyə əsas verir ki, qanuna əməl olunmayıb. Ümid edək ki, yeni sərəncamdan sonra aidiyyatı qurumlar nəzarəti daha da artıracaqlar və xaotik tikintilərə son qoyulacaq”.

Onu da qeyd edək ki, bu fərman xüsusən Bakı şəhərini əhatə edən rayonların icra başçılarının qanunsuz gəlirinə mənfi təsir edəcək. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, bu günə kimi paytaxtın rayonlarının icra başçıları öz ərazilərində istədiklərini edirdilər. Hətta Bakı Şəhər İcra Hakimiyyətinin razılığı olmadan tikilən minlərlə tikili var. “Məsələ ondadır ki, yerli icra hakimiyyəti icazə verir, meriyadan razılıq almadan tikintinin aparılmasına şərait yaradır. Təbii ki, bu “xidmət” həmin rayonun icra başçısının “haqqının” verilməsi nəticəsində yerinə yetirilirdi. Yalnız rayonun başçısı dəyişəndə həmin obyektin sahibi əl-ayağa düşməli olur. Çünki sənədlərin arasında meriyanın razılıq sənədi, digər qurumların aidiyyatı sənədləri olmur. Bundan istifadə edən yeni rəhbərlik obyekt sahibini yenidən “xərcə” salır. Yəni, qanunsuzluq aradan qalxmır, amma rüşvət və korrupsiya davam edir. Bu fərmanın müsbət tərəfi də odur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintisinə icazə verilən binaların memarlıq planlaşdırma bölmələrində müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət olunmasını tələb edəcək. İcra başçılarının Prezidentin yeni səlahiyyət verdiyi komitə sədrinin xəbəri olmadan hansısa qeyri-qanuni iş görəcəyi inandırıcı deyil”, – deyə müsahibimiz fikrini tamamlayıb.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qərbdən sülhlə bağlı qərəzsiz və ədalətli həll gözləmək mümkün deyil - Türkiyəli ekspert
NATO-nun Baş katibi: Azərbaycan ilə Ermənistanın hazırda davamlı sülhə nail olmaq imkanı var
Stoltenberq Azərbaycana səfər edəcək

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu