Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4564
az

İlqar Məmmədovun azadlığa çıxmasının Merkellə nə əlaqəsi var? - Deputatdan açıqlama

09:2217 Avqust, 2018
2090
  • A
 Almaniya kansleri Angela Merkelin Azərbaycana səfər vaxtı müəyyən olub. Angela Merkel avqustun 25-də Bakıda səfərdə olacaq.

Oxu24.com  xəbər verir ki, Milli Məclisin deputatı,  Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü  Tahir Kərimli Modern.az saytına açıqlamasında deyib ki,  Avropanın böyük dövlət rəhbərlərinin  Azərbaycana səfər etməsi bizim üçün çox yaxşı haldır:

“Bildiyiniz kimi bu yaxınlarda İtaliyanın prezidenti və digər  ölkələrin rəhbərləri də ölkəmizə səfərlər etdilər. Əlbəttə, Almaniya  dünyanın dördüncü  iqtisadi gücə malik dövlətidir. Həmçinin dünyada bir nömrəli qadın siyasətçi hesab edilən  Angela Merkelin səfərinin xüsusi əhəmiyyəti var. Heç şübhəsiz ki, həm Avropa Birliyində, həm də dünyada Merkel ciddi nüfuz sahibidir və müəyyən hadisələrə təsir edə bilir. Hətta bəzən Avropanın bütünlükdə həll edə bilmədiyi məsələni Merkel  öz təşəbbüsü ilə, Amerika, Rusiya və bu kimi dövlətlərlə danışıqlar yolu ilə qaydaya salır. Belə nüfuzlu şəxsin Azərbaycana səfəri alqışlanmalıdır. Merkelin ölkəmizin milli problemləri – Qarabağ məsələsi ilə bir daha əyani,  vətənimizdə tanış olma imkanları  yaranır. Almaniya bir neçə dəfə Azərbaycanı müdafiə edib və ona görə də biz onun ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmasını arzu etmişik. Tarixən Azərbaycan xalqının birmənalı şəkildə almanlara  hörməti olub. Almaniya-Azərbaycan dostluğunun möhkəmlənməsi çox önəmlidir və bu, ölkəmizə  fayda verəcək. Eyni zamanda  hesab edirəm ki, bu, Azərbaycanın geosiyasi, kommunikasiya vəziyyətinin əhəmiyyətini də artıracaq. İki dövlət arasında ciddi razılıqların əldə ediləcəyini fikirləşirəm”.

Digər tərəfdən  REAL  partiyasının sədri İlqar Məmmədovun  azadlığa buraxılmasını Angela Merkelin Azərbaycana səfəri ilə əlaqələndirənlər kifayət qədərdir. Deputat bu məsələyə də toxunub:

“Mən hətta Milli Məclisdə demişdim ki, heç bir Avropa Şurasından  və başqalarından asılı olmayaraq Azərbaycan özü bu addımı atmalıdır. Ölkəmizin öz məhkəmə sistemi var. Hansısa beynəlxalq  qurumların bizə təzyiq etməsini gözləməməliyik.

Düşünürəm ki, əvvəla  hər bir halda İlqar Məmmədov haqqında məhkəmə hökmünün dəyişdirilib yumşaldılması Azərbaycan xalqını, cəmiyyətini razı salan addımdır. Amma  Merkelin gəlişinin buna təsir etdiyini sübut etmək üçün əlimdə  əsas yoxdur.  Hər halda bu,  Avropa  və onun mərkəzi tribunası Almaniya, onun başçısı üçün mülahizə olunan bir mesajdır.  Yəni insan hüquqları ilə bağlı Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsi sayəsində Azərbaycan beynəlxalq təcrübəyə riayət edir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya XİN başçısı Çinə səfər edəcək

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü