Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4459
az

Əhəd Abıyev dağlar qoynunda qəbul keçirdi

11:0113 Avqust, 2018
1047
  • A
Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Oxu24.com-a daxil olan məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında müntəzəm olaraq kənd sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü bildirmişdir. Qeyd etmişdir ki, ötən dövrlərdə Çanaqçı kəndinə gələn yolda təmir işləri aparılmış, mövcud olan bəzi problemlər aradan qaldırılmışdır.  

Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb. Müraciətlər Zivlan-Çanaqçı kəndlərarası yolun təmiri, işlə təmin olunma, elektrik dirəklərinin təmiri,  və digər şəxsi məsələlər ilə bağlı olub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə  qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib, bir neçəsi isə yerində həll edilib.

Kənd sakinləri  onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Himni dəyişmək istəyən deputat: “Mən indi camaatın içinə necə çıxım, məni gör nə günə qoydular”
Səlim Müslümova yeni vəzifə verildi
Tələbə xanəndə Mehriban Əliyevadan kömək istəyir-MÜRACİƏT

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur