Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4347
az

Prezident tapşırıq verdi - Baş prokuror bölgəyə gedir

15:4708 Avqust, 2018
1226
  • A
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il avqustun 17-də saat 10:00-da Saatlı rayon prokurorluğunun inzibati binasında Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

Baş Prokurorluqdan Oxu24.com -a verilən xəbərə görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Saatlı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Azərbaycandan nə istəyir? – AÇIQLAMA
“Paşinyan “sülh göyərçini” kimi özünü nümayiş etdirməyə çalışdı”
Son sutkada 568 nəfər yoluxdu

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı