Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3401
az

“Elmar Vəliyevin vəziyyəti yaxşıdır” - Deputat qardaşına zəng edib

09:1405 İyul, 2018
1784
  • A
 Ötən gün sui-qəsdə məruz qalan Gəncənin icra başçısı Elmar Vəliyevin hazırda vəziyyəti yaxşıdır.

Bu barədə AzVision.az-a YAP-çı millət vəkili Aydın Mirzəzadə məlumat verib. O, Elmar Vəliyevin qardaşı ilə telefon əlaqəsi saxladığını, icra başçısının vəziyyətilə maraqlandığını deyib.
"Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd gözlənilməz və təəssüfedicidir. Hadisənin necə baş verməsi barədə hərtərəfli tədqiqlər aparılacaq və məlumat veriləcək. Elmar Vəliyev Azərbaycanın fədakar və çalışqan regional rəhbərlərindəndir. O və onun mühafizəçisi sağdır, müalicələri davam edir. Bu gün onun qardaşına zəng etdim və vəziyyətinin yaxşı olduğunu və heç bir problemin olmadığını bildirdi”.

Qeyd edək ki, dünən saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında Yunis Səfərov tərəfindən odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

NATO-nun Baş katibi: Azərbaycan ilə Ermənistanın hazırda davamlı sülhə nail olmaq imkanı var
Stoltenberq Azərbaycana səfər edəcək
Albaniya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib - FOTO

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət