Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
257
az

Rəsmi Bakıdan Fransaya etiraz – NOTA VERİLƏCƏK

17:5604 Aprel, 2018
1474
  • A
 ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Aşot Qulyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazımızı ifadə edirik.

Bu sözləri Oxu24.com-a açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanın Xankəndi şəhərinin sakini olan və Ermənistan Respublikasının diplomatik pasportu ilə səyahət edən Aşot Qulyanın Avropa İttifaqının ərazisinə daxil olması Ermənistan və Avropa İttifaqı arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin tələblərinin pozulması ilə müşayiət olunmasına baxmayaraq, Fransa tərəfindən bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülməyib.

“Bu kimi səfərlərin sistematik hal alması və Fransa ərazisinin qondarma rejimin təbliğat məntəqəsinə çevrilməsi həmsədr ölkə kimi Fransanın qərəzsizliyi barədə ciddi suallar doğurur, beynəlxalq səviyyədə və Azərbaycan ictimaiyyətində Fransanın nüfuzuna və etibarlılığına əsaslı şübhə salır.

Fransanın yerli özünüidarəetmə orqanları üzrə Ümumi məcəllənin LL1115-1 və L1115-5-ci maddələri, həmçinin Fransa XİN və DİN tərəfindən hökumətin yerlərdə səlahiyyətli nümayəndələri olan perfektlərə ünvanlandığı 02 iyul 2015-ci il tarixli təmimi məktubda yerli özünüidarətmə orqanlarının bütün beynəlxalq əlaqələrinin Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olmalı olduğu və yerli idarəetmə orqanlarının Fransa hökuməti tərəfindən tanınmamış hər hansı qurumla heç bir saziş imzalamaq səlahiyyətində olmadığı bildirilir.

Amma Fransanın mərkəzi hökumətinin yerlərdə səlahiyyətli nümayəndələri olan perfektlər tərəfindən Fransa qanunlarına uyğun olaraq qondarma rejimlə Fransanın bəzi yerli orqanları arasında imzalanmış qanunsuz sənədlərin ləğv edilməsini müşahidə etmirik”.

Bu yaxınlarda Korsika ilə əlaqədar məsələlər meydana çıxan zaman Fransanın mərkəzi hakimiyyəti tərəfindən qəti mövqe nümayiş etdirildiyi halda, Fransanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin öz ərazisində təşviqinə imkan yaratması ikili standartların növbəti nümunəsi kimi qiymətləndirilir”.  

Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, Fransanı öz üzərinə düşən öhdəliklərinə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan bu kimi əməllərin qarşısını almağa çağırıb.

H.Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi tərəfindən Fransa Xarici İşlər Nazirliyinə bu məsələ ilə əlaqədar nota təqdim edəcək və Azərbaycan tərəfi bundan sonra Fransa ilə münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcəkdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

NATO-nun Baş katibi: Azərbaycan ilə Ermənistanın hazırda davamlı sülhə nail olmaq imkanı var
Stoltenberq Azərbaycana səfər edəcək
Albaniya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib - FOTO

İti xilas edərkən buzlu suya düşdü

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Yumurtanın  insana  bu ziyanı var imiş  - Həkimdən şok AÇIQLAMA
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO