Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
230
az

“Mən boyda kişini ünvanına söyüş yazırlar” – Hadi Rəcəbli

00:3204 Aprel, 2018
1539
  • A
 “Bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”.

Bu sözləri hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Daha sonra sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş bu deputatın fikirləri sosial şəbəkə istfadəçiləri tərəfindən heçdə bir mənalı qarşılanmayıb. Etiraz, təhqir və söyüşlərlə qarşılaşan deputat Hadı Rəcəbli sosial şəbəkələrin bağlanması ilə bağlı fikirlərinin səhv anlaşıldığını deyir. O, sosial şəbəkələrlə bağlı dediyi fikirlərinin yanlış anlaşıldığını bildirib:

“Mən demirəm saytlar, sosial şəbəkələr bağlansın. Kim onu deyir ki, tamam bağlansın? Harada demişəm ki, hamısı bağlansın? Ayıbdır. Axı, mənim nəvəm də oxuyur o söyüşü, təhqiri. Olmaz, axı. Heç kim demir ki, internet qapansın. Mən deyə bilərəm ki, internet bağlansın? Mən də internetə girib məlumat alıram. Mən orda demişəm ki, təhqir edən, ana-bacı söyüşü söyənlərə qarşı hüquqi normalar əsasında tədbir görülməlidir. Amma başlığa götürüb başqa şey qoyurlar.

Mən boyda kişini ünvanına söyüş yazırlar. Bütün mətbuat da bunu yazır. Mən neyləyim? Ona görə deyirəm, təhrif, mənəviyyatsızlıq, yalan-iftira yayan saytlara qarşı qanun çərçivəsində inzibati tədbir görülməlidir. Mənim nəvələrim var, onların altısı qızdır. Onlar da sayta girirlər, oxuyurlar bu söyüşləri, olmaz belə. Mən nə günahın sahibiyəm? Məni niyə söyürlər? Yaşım 70-i ötüb, nəvələrim var, ailəm var. Belə mənəviyyatsızlıq olmaz. Sonra da deyirlər ki, Hadı müəllim mətbuatdan qaçır. Necə edim, qaçmayım?”minval.info Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Himni dəyişmək istəyən deputat: “Mən indi camaatın içinə necə çıxım, məni gör nə günə qoydular”
Səlim Müslümova yeni vəzifə verildi
Tələbə xanəndə Mehriban Əliyevadan kömək istəyir-MÜRACİƏT

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR