Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr islahatı ilə bağlı daha bir əmr imzalayıb.
Oxu24.com -un qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, nazirin bir müddət əvvəl imzaladığı əmrlə nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Canpolad Daanov tutduğu vəzifəsindən azad edilərək DİN-in Polis Akademiyası rəisinin birinci müavini vəzifəsinə təyin olunub.
C.Daanov daha əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) İstintaq Şöbəsinin rəisi olub.
Oxu24.com
ŞƏRHLƏR