Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19393
az

Elman Rüstəmovun istefa müəmması - məlum oldu...

16:3924 Oktyabr, 2019
1121
  • A
 
Bu gün bəzi KİV-lərdə Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsindən istefa verdiyi bildirilir. İddialara görə, E.Rüstəmov artıq kollektivlə də vidalaşıb.

Həmçinin bildirilir ki, yaxın günlərdə baş bankirin vəzifədən azad olunması və onun yerinə yeni təyinatla bağlı Milli Məclisin toplanacağı gözlənilir. E.Rüstəmovun Baş Nazirin müavini vəzifəsinə təyin olunacağı ehtimal edilir.

Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev açıqlama verib. O deyib ki, qurumun mətbuat xidmətinə belə bir məlumat daxil olmayıb.

Qeyd edək ki, sabah Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilməlidir. İclasda faiz dərəcələrinə baxılacaq. Faiz qərarından sonra Mərkəzi Bankda mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Mərkəzi Bankdan bildirilib ki, sabah saat 11:00-da faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair Mərkəzi Bankın sədri Elman Rüstəmovun mətbuat konfransı keçiriləcək.

Qaynarinfo-nun mövzu ilə bağlı araşdırmasına görə, hazırda 69 yaşı olan Elman Rüstəmovun səlahiyyət müddəti altı aydan sonra  – gələn ilin aprelində başa çatacaq.

Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000, 2005 və 2010-cu illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib.

Sonuncu təyinat 2015-ci ilin aprelində baş tutub. O, daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, gələn il Rüstəmovun yenidən Mərkəzi Bank rəhbəri kimi təyinat alması onsuz da gözlənilmir.

Onun bu postla erkən vidalaşması istisna olunmasa da, söhbətləşdiyimiz iqtisadçı ekspertlər  baş bankirin qarşıdakı altı ayda, yəni səlahiyyət müddətinin sonunadək vəzifədə qalacağını düşünürlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR