Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18875
az

Azərbaycan Mərkəzi Bankının sabiq əməkdaşı 30 milyon pul oğurladı, Rusiyada ələ keçdi

11:1710 Oktyabr, 2019
345
  • A
 
Rusiyanın Çelyabinsk vilayətində Azərbaycan Mərkəzi Bankının sabiq əməkdaşı saxlanılıb.

Bununla bağlı Rusiya mətbuatı məlumat yayıb.

Məlumatlara görə, 43 yaşlı azərbaycanlı əlbir olduğu şəxslərlə birlikdə kreditləri saxtalaşdırıb və bu üsulla 30 milyon rubldan çox (786 min manatdan çox - red.) pulu mənimsəyib.

Saxlanılan şəxs dərhal həbs olunub. Regional prokurorluq ekstradisiya yoxlaması keçirib. Nəticədə prokurorluq Milli Bankın keçmiş mütəxəssisinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə qərar qəbul edib.

Yaxın günlərdə onun Azərbaycana ekstradisiya ediləcəyi bildirilib. Göstərilən ittihamla həmin şəxsin 12 il müddətinə azadlıqdan məhrum olunacağı qeyd edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
Azərbaycan və Pakistan iki saziş hazırlayır

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir