Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18828
az

Azərbaycanda daha bir nazir vəzifəsindən azad olunacaq

11:5909 Oktyabr, 2019
1603
  • A
 

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov vəzifəsindən azad oluna bilər.

Oxu24.com  xəbər verir ki, bu haqda məlumatı musavat.com yayıb.

Sayt bildirir ki, Məmmədyarovun istefaya gedə biləcəyi ilə bağlı xəbərlər yeni deyil:

"Təcrübəli diplomat olan E.Məmmədyarov təəssüf ki, illərdir XİN-i "hücum diplomatiyası”na kökləyə bilməyib. Son illər "dqr”ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyasət kursunda "dişsiz siyasətinin” nəticəsi hesab olunur. Azərbaycan iqtidarına Qərb dairələrindən ara-sıra artan hücumlarda da E.Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolu olduğu deyilir”.

Xəbərdə qeyd olunur ki, məlumatlı mənbələr iddia edir ki, 2004-cü ildən nazir işləyən Məmmədyarov istirahət arzusundadır. Bu günlərdə erməni mənbələri də E.Məmmədyarovun istefa verə biləcəyini iddia ediblər.

Xəbərdə həmçinin ötən gün baş nazir vəzifəsindən azad olunan Novruz Məmmədovun Xarici işlər naziri təyin olunma ehtimalı da irəli sürülüb.

Qarabağ məsələsi ilə bağlı danışıqlarda ən məlumatlı adamlardan biri olan N.Məmmədovun nazir ola biləcəyi ehtimalı haqda indi düşünmək sensasiya sayıla bilməz. 72 yaşına baxmayaraq, N.Məmmədov iqtidar komandasında hələ də işləyə bilər. Onun BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin edilə biləcəyi də mümkün variantlardan biridir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Oğlu öldürülən anaya verilişə çıxdığına görə- Xəbərdarlıq