Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18126
az

Azərbaycanlı deputatın bu xanıma 300 min dollar borcu var - Vəsiqəsini girov qoyub

12:5420 Sentyabr, 2019
912
  • A
 
Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.

Oxu24.com -un  Report-a istinadən məlumatına görə, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.

Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

İti xilas edərkən buzlu suya düşdü

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Yumurtanın  insana  bu ziyanı var imiş  - Həkimdən şok AÇIQLAMA
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO