Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18009
az

Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - Açıqlama

15:1917 Sentyabr, 2019
920
  • A
 
Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliklərin aşkarlanmasına dair məlumat yayılıb. Yayılan məlumatlar insanlar arasında geniş müzakirələrə səbəb olub.

Oxu24.com  xəbər verir ki, Səhiyyə Nazirliyi Balakəndə yayıldığı iddia edilən naməlum xəstəliklə bağlı açıqlama yayıb.

Nazirlikdən verilən məlumatada Yeni Şərif və Qaysa kəndlərində karantin elan edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun olmadığı bildirilir.

Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adıçəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb.

Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adıçəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
Azərbaycan və Pakistan iki saziş hazırlayır

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Elza Seyidcahan:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda kafedən pul oğurlandı