Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17805
az

Evsizlərə TƏCİLİ XƏBƏR: Elan çıxdı

10:1512 Sentyabr, 2019
846
  • A
 
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin satışı 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.

MİDA-dan  Oxu24.com-a  verilən məlumata görə, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 18 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.



{banner_reklam} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı