Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17563
az

Komitə sədrindən çoxuşaqlı ailələrlə bağlı TƏKLİF - Uşaq sayı beş deyil, dörd olsun

16:1105 Sentyabr, 2019
899
  • A
 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin 2019-cu il payız sessiyasında sosial sahə üzrə qaldırılacaq məsələlər barədə danışıb.

H.Rəcəbli Oxu.Az-a açıqlamasında bildirib ki, Əmək və sosial siyasət komitəsi "Turizm haqqında" qanun layihəsini müzakirəyə çıxaracaq.

"Bundan başqa Prezident İlham Əliyevin parlamentə göndərdiyi bir sıra qanunlara əlavə və dəyişiklikləri müzakirə edəcəyik. Bütün bu müzakirələrin və dəyişikliklərin mahiyyətində əhalinin sosial rifahının daha da yaxşılaşdırılması ideyası dayanır", - deyə H.Rəcəbli əlavə edib.

Deputat 2020-ci ilin dövlət büdcəsindən də söz açıb. Onun sözlərinə görə, 2019-cu ildə minimum əməkhaqqının, minimum pensiyaların artması gələn ilin büdcəsində də sosial yönümlülüyü gücləndirəcək:

"Əvvəllər büdcənin 27-28 faizi sosial məqsədlərə gedirdisə, 2020-ci ildə bu rəqəm 35-37 faiz civarında olacaq. Hesablamalarımıza görə, bu məsələlərin reallaşması üçün beş milyard manat lazımdır. Bu da büdcənin əsasən sosial yönümlü olmasından xəbər verir”.

H.Rəcəbli uşaq pulunun bərpası ilə bağlı müzakirələrdən də danışıb. Milli Məclis üzvü bildirib ki, o, üç yaşa qədər uşaqlara uşaq pulunun verilməsinin tərəfdarıdır:

"Mən parlamentin iclaslarında dəfələrlə üç yaşadək uşaqlar üçün uşaq pulunun artırılması təkliflərini səsləndirmişəm".

Komitə sədri çoxuşaqlı ailələrlə bağlı kriteriyaların dəyişdirilməsi ilə bağlı təklif səsləndirəcəyini də bildirib:

"Bilirsiniz ki, cənab Prezident İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb. Məlumdur ki, beşdən çox uşağı olan ailələr çoxuşaqlı ailə sayılır. Mən isə təklif edəcəyəm ki, dörd uşağı olan ailə çoxuşaqlı sayılsın". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
Azərbaycan və Pakistan iki saziş hazırlayır

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir