Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17515
az

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Bakıya niyə gəlibmiş? - DETALLAR AÇIQLANDI

13:1804 Sentyabr, 2019
590
  • A
 
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev azərbaycanlı həmkarı Ramil Usubov ilə görüşüb.

Oxu24.com  RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Tərəflər məsləhətləşmələrdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

"Bakıda Rusiya-Azərbaycan təhlükəsizlik müşavirələri keçirilib. Müşavirəni Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov keçirib",- deyə məlumatda bildirilib.

Qeyd olunub ki, danışıqların əvvəlində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, həmçinin təhlükəsizlik şuraları, hüquq-mühafizə orqanları və hüquq-mühafizə orqanlarının aparatları vasitəsilə Rusiya ilə Azərbaycan arasında sıx əlaqələrin davam etdiriləcəyinə əminliyini vurğulayıb.

"Patruşev iki ölkə arasında iqtisadi və humanitar sahədə əməkdaşlığın yüksəkı tempini qeyd edib. Rusiya-Azərbaycan sərhəddində birgə infrastruktur layihələrinin həyata keçirilməsinin və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb”.

Danışıqlarda, həmçinin terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

NATO-nun Baş katibi: Azərbaycan ilə Ermənistanın hazırda davamlı sülhə nail olmaq imkanı var
Stoltenberq Azərbaycana səfər edəcək
Albaniya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib - FOTO

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət