Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17317
az

Ərdoğan və Putinin SENSASİON 2023 PLANI: İrəvanı silkələyəcək Bakı AMİLİ

10:1230 Avqust, 2019
746
  • A
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfəri zamanı Rusiya Ankaraya sensasiya sayılacaq təklif verib. “Roskosmos” şirkətinin rəhbəri, baş nazirin keçmiş müavini Dmitri Roqozin bildirib ki, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə - 2023-cü ildə türk kosmonavtını birgə kosmosa göndərə bilərlər. Bu, Moskva-Ankara münasibətləri kontekstində böyük addım olacaq və bu təklifdən məntiqli olaraq, əsasən ABŞ narahat olmalıdır. Lakin ilk narazılığın Ermənistandan gəlməsi bir qədər gözlənilməz oldu.

Publika.az xəbər verir ki, Ermənistan mediası Rusiya və Türkiyənin birgə kosmik layihəsinin İrəvana qarşı qorxulu gələcək vəd etdiyini yazır.

Erməni şərhçi Akop Badalyan hesab edir ki, Ərdoğanla Putinin yaxınlaşması yeni hədəfləri müəyyənləşdirir.

“Sual yaranır, növbəti hədəfdə kim olacaq? Hələlik, Rusiya və Türkiyə hərbi sənayedə aktiv əməkdaşlıq edir və 2023-cü ildə kosmik layihənin həyata keçirilməsi planlaşdırır. Lakin bu proseslər Ermənistanın hədəf taxtasına çıxarılacağı təhlükəsini artırır, xüsusilə proseslərdə Roqozin amili diqqət çəkir. “Roskosmos”un rəhbəri bu günlərdə Ermənistanın Müdafiə Nazirliyini məhkəməyə verdi. Əsas budur ki, Ermənistan Müdafiə Nazirliyi Rusiyanın ORSİS silah şirkətinin silah çatdırılması ilə bağlı tenderdə əldə etdiyi qələbəni ləğv edib. ORSİS-in açıqlamasında bildirilir ki, şirkət tenderin şərtlərini yerinə yetirib, lakin sonra əsas gətirilmədən ləğv ediblər. Ermənistanın İstintaq Komitəsi Rusiya şirkətinin müraciətinə əsasən araşdırmalara başlayıb, lakin Müdafiə Nazirliyi hələlik heç bir şərh vermir. Məlumatlar var ki, ORSİS şirkəti Roqozinindir. Bu şəxs “aprel müharibəsi” dövründə Azərbaycana silah satışı haqqında intensiv danışıqlar aparır, Ermənistanı narazılığını dilə gətirdiyi üçün hədələyirdi. Görünür, Roqozin Azərbaycan və Türkiyənin maraqlarını müdafiə edir, Ermənistana qarşı sərt mövqe sərgiləyir. Maraqlıdır ki, bu günlərdə Ermənistanın müdafiə naziri David Tonoyan rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşdü və yeni “hərbi sürprizlər”in anonsunu verdi, Roqozinin Türkiyəyə təklifi bu kontekstdə təsadüfi deyil. Görünür, Rusiya-Türkiyə-Azərbaycan oxunda Ermənistana qarşı təhlükəli gələcək hazırlanır”, - deyə erməni şərhçi qorxu dolu iddialar irəli sürüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
Azərbaycan və Pakistan iki saziş hazırlayır

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı AÇIQLAMA