Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15756
az

Azərbaycan bu şəxsi bağışladı

11:3516 İyul, 2019
564
  • A
 
Polşa vətəndaşı, hazırda həmin ölkənin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Tomaş Paremba Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Tomaş Paremba məktubunda Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qərbdən sülhlə bağlı qərəzsiz və ədalətli həll gözləmək mümkün deyil - Türkiyəli ekspert
NATO-nun Baş katibi: Azərbaycan ilə Ermənistanın hazırda davamlı sülhə nail olmaq imkanı var
Fransalı siyasətçi: “Makron ölkəni hər cəhətdən məhv edir”

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM