Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14823
az

Qarabağ erməniləri şokda: \"Bir anlıq fikirləşdik ki, Azərbaycan hücuma keçib\"

13:0022 İyun, 2019
1910
  • A
 

Azərbaycan şirkətləri erməni mobil şirkətlərinin ötürücü qurğularını iflic vəziyyətinə salıb.

Artıq işğal altında olan Qarabağda yaşayan ermənilər mobil rabitədən istifadə edə bilmirlər.

İki gündür işğal edilmiş Qarabağda qanunsuz olaraq fəaliyyət göstərən erməni mobil şirkətlərinin ötürücü qurğuları iflic vəziyyətinə düşüb. Erməni abonentlərin telefonunda yalnız "Azersell”, "Baksell” və "Nar Mobile” şəbəkəsi göstərilir.

Oxu24.com  xəbər verir ki, informasiya təhlükəsizliyi sahəsində çalışan erməni mütəxəssislər artıq bu çətinliyin öhdəsindən gələ bilmirlər.

İnformasiya təhlükəsizliyi üzrə erməni mütəxəssisi Samvel Martirosyan erməni mətbuatına açıqlamasında bunu belə izah edib:”Azərbaycan mobil operatorları gücləndirilmiş ötürücü qurğulardan istifadə edir. Məhz bu səbəbdən Qarabağda iki gündür yalnız "Azersell”, "Baksell” və "Nar Mobile” şəbəkəsini tutmaq mükündür. Bu bizim mobil operatorlarımızın bərbad işinin nəticəsidir”.

Qarabağda yaşayan ermənilər bu hadisədən şoka düşdüklərini bildiriblər. Sosial şəbəkədə bu barədə yazan erməni bloqqer Robert Dilicanyan bu hadisəni belə şərh edib:

"Hər kəs qorxu içindədir. Şuşada belə telefonla danışmaq mümkün deyildi. Azərbaycanın hücum etməsi qorxusu bizi məhv edib. Bir anlıq elə fikirləşdik ki, Azərbaycan ordusu yenə hücuma keçib." Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO