Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14778
az

Ramil Usubovun son əmri - General təqaüdə göndərildi

12:1221 İyun, 2019
505
  • A
 
Dünən Daxili İşlər naziri vəzifəsindən azad olunan Ramil Usubovun son əmrlərindən biri polis generalı ilə bağlı olub.

“Qafqazinfo”nun xəbərinə görə, R.Usubovun bir neçə gün əvvəl verdiyi əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, general-mayor Elxan Həsənov xidmətdə olmanın yaş həddi ilə əlaqədar vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib.

E.Həsənov 1959-cu ildə İrəvan şəhərində anadan olub. 1986-cı ildən polis sistemində işləyir, 1997-ci ildə Polis Akademiyasını bitirib. Bundan öncə nazirliyin Cinayət Axtarış İdarəsinin şöbə rəisi və Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.

Uzun illərdir BŞBPİ-nin rəis müavini vəzifəsini tutan E.Həsənov peşəkar polis zabiti kimi tanınıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranın
İrəvan bu məsələdə Bakı ilə danışıqlara getmədi
Azərbaycanın sülh səylərinə Ermənistanın qarşılıq göstərilməsi vacibdir - Nazir

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı