Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13998
az

İsraildən olan politoloq: \"Bakıda polislər insanlara güc tətbiq etmir\"

13:0231 May, 2019
771
  • A
 

Oxu24.com  xəbər  verir  ki, Femida.az –ın müsahibi İsrailin tanınmış politoloqu, bu yaxınlarda Azərbaycanda səfərdə olan İlya Rozenfelddir. O, müsahibəsində Azərbaycana səfərindən, Bakının təhlükəsiz şəhər olmasından, yerli sakinlərin qonaqpərvərliyindən və digər məqamlardan söz açıb.


Müsahib haqqında qısa arayış:

İlya Rozenfeld 1975 –ci ildə Ukraynanın Odessa vilayətində anadan olub. İsrailin Tel-Əviv universitetinin politologiya fakültəsini bitirib. Beynəlxalq əlaqələr üzrə magistr təhsili alıb. 1996-cı ildə İsrailin bodibildinq üzrə çempionu olub. 2009-2013-cü illərdə şəhər şurasının deputatı seçilib. Ailəlidir. İki qız övladı var.


-İstərdim özünüz barədə oxuculara qısaca məlumat verəsiniz. Peşə fəaliyyətiniz barədə danışardınız.


-Mən İlya Rozenfeld ixtisasca politoloqam. Uzun illər beynəlxaq məsələlərdə siyasi şərhlər vermişəm. İsrailin keçmiş baş naziri Ariel Şaronun və Exud Almertanın dövründə xarici məsələlər üzrə politoloq kimi çalışmışam. “Kadima” partiyasının yaradılmasında iştirak etmişəm. 2009-2013-cü illərdə Naçrat –İllita ( Yuxarı Nazareta) Şəhər Şurasının deputatı seçilmişəm. Son 12 ildə isə Kütləvi İnformasiya Vasitələrində politoloq-şərhçi kimi çıxış edirəm. Bundan əlavə PR agentliyi olan “PR Experts”in rəhbəriyəm. Bu agentliyin fəaliyyəti təkcə İsraildə yox, regionda da mövcuddur. Bizim müştərilər arasında siyasi partiyaların rəhbərləri, kommersiya təşkilatları, fərdi şəxslər də var.

Bizimlə əməkdaşlıq edən tanınmış şirkətlərdən biri də Health Plus kompaniyasıdır. Elə bu şirkətin vasitəçiliyi ilə bu yaxınlarda Bakıda səfərdə olduq. Heydər Əliyev Mərkəzi və Talassemiya Mərkəzi tərəfindən təşkil olunan 1-ci Beynəlxalq Hematoloji Konqresdə biz də iştirak etdik.
Bilirəm ki, İsrail və Azərbaycan dövlətləri arasında sıx əlaqələr var. Məsələn İsrail Azərbaycandan neft alır, həmçinin İsrail Azərbaycanla hərbi sahədə sıx əməkdaşlığa malikdir. Amma ölkəmdə silahdan daha böyük bir təklif var. Bu isə tibbdir. Silah ölümə səbəb olduğu halda tibb insan həyatını xilas edir. Buna görə də, biz tibb sahəsində bildiklərimizi Azərbaycanın tibb işçiləri ilə bölüşürük. Bu işdə “Xaddası” və digər tibb mərkəzlərinin rolu böyükdür.

- Azərbaycanla bağlı müsbət paylaşımlarınızı izlədim.Hardandır sizdə Azərbaycana, Bakıya bu sevgi?


- Bu mənim Azərbaycana ilk gəlişim idi. Bakını sevməmək mümkün deyil. Bu qədim şəhərin simasında bir müasirlik var. Bakının bu xüsusiyyəti diqqətimi cəlb etdi. Qədimlik və müasirlik. Bakı işıqlı şəhərdir. Bu mənə Parisi xatırlatdı.Bundan əlavə Bakı özündə mədəniyyətləri, dadlı mətbəxi, memarlıq abidələrini birləşdirdiyi üçün bu qədər diqqətimi cəlb edib. Bütün bunlardan əlavə Bakı regionun ən əhəmiyyətli biznes mərkəzidir. Düşünürəm ki, Azərbaycana səfərlərim tez-tez olacaq. Bakı ilə bağlı artıq planlarım var...


-Bakıda ən çox sevdiyiniz yer hansıdır.Daha çox harada özünüzü rahat hiss edirsiniz?


- Bildiyiniz kimi buraya işlə bağlı gəlmişdim. Bu səbəbdən də vaxt azlığından şəhərin bütün hissələrini tam gəzə bilmədim. Amma Bakının ən gözəl yeri olan “İçəri Şəhəri”, “Fontanlar meydanı”nı və mərkəzi küçəni gəzdim. Xüsusilə gözəl mənzərəsi olan dəniz, səliqəli parklar, fantanlar diqqətimi cəlb etdi. Bakıda ən çox sevdiyim məkanlardan biri də Heydər Əliyev Mərkəzinin binası oldu. Mərkəzin layihəsi möhtəşəm hazırlanıb. Təəssüflər ki, gördüyüm bütün gözəllikləri fotoaparatın yaddaşına həkk etmək mümkün deyil. Buna baxmayaraq çalışdığım qədər Bakının gözəl yerlərini çəkib öz şəxsi sosial hesablarımda paylaşdım.


-Bakı sizin üçün nə dərəcədə təhlükəsiz şəhərdir. Yəqin burada gəzəndə bir sıra ölkələrlə təhlükəsizlik baxımından fərqi hiss etmisiniz.


- Əhalinin sıx halda gəzdiyi məkanlarda polislərin 24 saat ərzində mühafizə aparmasını gördüm.Bu çox xoş bir mənzərə idi. Mən başa düşürəm ki, bu yerli əhalinin və ölkəyə gələn turistlərin təhlükəsizliyi üçündür.Başa düşürəm ki, polisin işi təkcə ictimai asayişi psixoloji cəhətdən təmin etmək deyil. Polis lazım olan anda fiziki güc də tətbiq edə bilər. Amma Bakıda olduğum müddətdə nə bir dava, nə qışqırıq, nə də polisin kiməsə güc tətbiq etdiyini görmədim. Polis sadəcə ərazidə gəzişməklə nəzarət edirdi. Hər şey sakit və qaydasında idi. Bir məqamı da qeyd edim. Bakının mərkəzi küçəsi olan Nizami küçəsi olduqca təmiz və görünüş baxımdan gözəldir. Şəhərin təmizliyi və gözəlliyi insana enerji verir. Ən əsasə mərkəzi küçədə digər şəhərlərdə olduğu kimi güclü musiqi səsləri insanı yormur. Bu sakinlər üçün çox vacib məqamdır.


-Azərbaycanlılar bir millət olaraq yaddaşınızda necə formalaşıb?


- Azərbaycan xalqı qonaqpərvər və insansevər xalqdır. İlk növbədə bunu gördüm mən. Bakıda müxətlif insanlarla: taksi sürücüləri, bazarda satıcılarla,pedaqoqlarla, həkimlərlə,alimlərlə ünsiyyətim oldu. Onların hər biri ilə ünsiyyətdə olmaq mənə rahatlıq verdi.

Ən diqqət çəkən məqamlardan biri də restoranlarda olan ofisiantların yüksək mədəniyyəti və xidməti idi.Mən Avropada, Asiyada bu qədər nəzakətli, müştərilərlə xoş rəftar edən şəxslər görməmişdim.

Bu gün sosial şəbəkələrin sürətlə inkişaf etdiyi dövrdə bir ölkənin imicini yalnız Xarici İşlər Nazirliyi formalaşdırmır. Küçədə gördüyümüz hər bir polis nəfəri, restorandakı ofisiant, taksi sürücüsü, otel əməkdaşları və digər şəxslərin hər biri ölkənin imicinin formalaşmasında mühüm rol oynayır.

-Bakıda dostlarınız varmı?

-Hələlik realda və virtual aləmdə tanışlarım var. Qeyd etdiyim kimi ilk dəfə idi ki, Bakıda olurdum. Ümid edirəm ki, növbəti səfərlərimdə daha çox insanla münasibətdə olacam. Həmçinin Bakıdan insanların İsrailə səfərini arzu edirəm. Ümid edirəm ki, onlar əsl dostluğun təməl daşını qoyacaqlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranın
İrəvan bu məsələdə Bakı ilə danışıqlara getmədi
Azərbaycanın sülh səylərinə Ermənistanın qarşılıq göstərilməsi vacibdir - Nazir

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş