Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13619
az

Erməni əsgərlər Zakir Həsənovu güllələmək istəyib? - TƏCİLİ BƏYANAT

22:3823 May, 2019
1376
  • A
 
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün mayın 23-də Yerevanda jurnalistlər qarşısında Azərbaycanın Müdafiə naziri Zakir Həsənova atəş açıldığı haqda iddia irəli sürüb.

Oxu24.com  Virtualaz.org-a istinadən xəbər verir ki, jurnalistlər Qriqoryandan Azərbaycan ordusunun mayın 20-də başlamış təlimlərinin ikinci günü Ermənistana göndərilmiş “Növbəti dayanacağımız Şuşadır, bizi gözləyin...” mesajı barədə soruşublar.

Qriqoryan isə deyib ki, belə mesajlara baxmayaraq Azərbaycanın Müdafiə naziri bu günlərdə təmas xəttində olarkən Ermənistan silahlı qüvvələrinin “müşahidəsi altına düşüb” və tələsik təmas  xəttini tərk edib.

Bu bəyanatla bağlı Azərbaycan Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətindən aşağıdakı açıqlamanı veriblər:

{banner_reklam}


“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sərsəm və axmaq açıqlaması gülüş doğurur və onun hərbi işlərdə necə diletant olduğunu göstərir. Azərbaycanın həm işğal altında olan əraziləri, həm Ermənistanın bütün ərazisi tamamilə və bütünlükdə Azərbaycan ordusunun bölmələrinin müşahidəsi altındadır”.

Xatırladaq ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən gün təlimlər çərçivəsində təmas xəttindəki mövqelərə baş çəkib. Hərbçilərə göstəriş verib ki, düşmənin istənilən təxribatının qarşısını bütün növ silahlardan istifadə olunmaqla dərhal və qətiyyətlə alsınlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb