Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13192
az

Ziya Məmmədovun qardaşı onu tənqid edənləri təhqir etdi

13:5814 May, 2019
702
  • A
 
“Prorektor vəzifəsinə təyin olunduğuma görə, məni tənqid edənlər nankor və kor insanlardır”.

Oxu24.com   xəbər verir ki, bu sözləri Unikal.org-a Milli Məclisin sabiq deputatı Elton Məmmədov deyib.

E.Məmmədov Azərbaycan Texniki Universitetinə prorektor təyin olunmasından sonra sosial şəbəkələrdə və təhsil ekspertlərinin onu tənqid etməsinə belə münasibət sərgiləyib:

“Hazırkı məqsədim xalqın təhsilinə, eliminə və ölkədə gedən bütün təhsil strategiyasına dəstək verməkdir. Zaman göstərəcək ki, bu təhsil ocağına hansı yeniliklər gətirəcəm. Ölkə rəhbərinin təhsil strategiyasına uyğun planlarım var. Hesab edirəm ki, Azərbaycan Texniki Universitetində bu planlarımı gerçəkləşdirəcəm.

Mənim prorektor təyin olunmağımı tənqid edən təhsil ekspertlərini də tanımıram. Elə insanları da heç vaxt qəbul etmirəm. Tənqidlərinə də mənfi yanaşıram. Onlar hər zaman dövlətçilik təfəkküründən uzaq, cəmiyyəti çaşbaş salan insanlardır. Belə adamlar ümumiyyətlə cəmiyyətdə inkişafı, yaxşılığı görməyən insanlardır. Onlar nankor və kor insanlardır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR