Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1278
az

Ermənistan parlamenti Paşinyanı baş nazir seçmədi - Yenilənib

21:3201 May, 2018
1347
  • A
 Ermənistanda parlamentin xüsusi iclası keçirilir.

“Oxu24.com” xəbər verir ki, iclasda ölkənin yeni baş nazirinin kimliyi müzakirə olunur.

Qeyd edək ki, bu posta irəli sürülən yeganə namizəd “Elk” fraksiyası lideri Nikol Paşinyandır.

Parlamentdə açıq şəkildə keçiriləcək səsvermədə Paşinyan bütün deputatların yarısından çoxunun səsini qazanarsa ölkənin yeni baş naziri olacaq. Səsvermə baş tutmasa bir həftə sonra ikinci cəhd olacaq.

Hazırda Yerevanın Respublika meydanında isə Paşinyanın minlərlə tərəfdarı mitinq keçirir.

***

Paşinyan çıxışında qeyd edib ki, Ermənistan hərbi xərcləri artırmalıdır:

“Ermənistanın hərbi xərcləri regiondakı adekvat vəziyyətə uyğun olmalıdır. Ermənistanın hərbi xərcləri artırmağa ehtiyacı var. Düşünürəm ki, biz bunu büdcə gəlirlərinin artımı ilə paralel olaraq edə bilərik”.

***

Parlamentdə 58 deputatla təmsil olunan Ermənistan Respublikaçılar Partiyası (ERP) Nikol Paşinyana səs verməyəcəklərini açıqlayıb. Bunu parlamentdə səsvermədən öncə keçirilən iclasda Vahram Bağdasaryan dilə gətirib.

Qeyd edək ki, iclasa 105 deputatdan 102-si qatılıb. Paşinyanın baş nazir olması üçün isə 53 səs lazımdır.

***

Səsvermə yekunlaşıb.

56 deputat Paşinyanın əleyhinə, 45-i isə lehinə səs verib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şoyqunun müavini saxlanıldı
Vəziyyət Ukraynanın xeyrinə dəyişmir - Kirbi
Putin:

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir