Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12427
az

Nazir məşhur generalın qohumunu işdən çıxardı

12:4626 Aprel, 2019
1010
  • A
 
Binəqədi rayon 4-cü polis bölməsinin rəisi Etibar Balakişiyev Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad olunub.

Oxu24.com  “bakupost.az”a istinadən xəbər verir ki, onun yerinə Nəsimi rayon 20-ci polis bölməsinin rəisi Rahib Mirzəyev təyin edilib.

Qeyd edək ki, işdən azad olunan Etibar Balakişiyev uzun illər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi işləmiş mərhum general Rasim Musayevin yaxın qohumudur.

Onu da bildirək ki, E.Balakişiyevin yerinə rəis təyin edilən Rahib Mirzəyev də başqa bir generalın qohumudur. R.Mirzəyev Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin doğma qardaşıdır.

O, ötən ilin oktyabrında 19-cu polis bölməsindən 20-ci polis bölməsinə rəis göndərilmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
Azərbaycan və Pakistan iki saziş hazırlayır

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir