Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11694
az

Paşinyanın qarşısına hansı tələb qoyuldu? - Vyana görüşünün DETALLARI AÇILDI

09:2506 Aprel, 2019
1711
  • A
Ermənistanda baş nazir Nikol Paşinyan Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan məğlub qayıtmaqda ittiham olunur. Ermənilər bildirirlər ki, Paşinyan görüşdən əvvəl cəsarətli danışırdısa, görüşdən sonra bu cəsarət yoxa çıxıb
Siyasi şərhçi, professor Fikrət Sadıqov da Publika.az-a açıqlamasında bildirir ki, Paşinyana qarşı bu davranış olduqca yerində və haqlıdır.
“Nikol Paşinyanın Vyanadan məğlub və yaxud qalib qayıtmasını deyə bilmərəm. Amma əliboş qayıtmasını israrla qeyd edə bilərəm. Çünki uzun müddət ərzində tamamilə başqa fikirlər irəli sürürdü, bəyanatlarla çıxış edirdi, formatı dəyişdirmək istəyirdi. Amma bu baş tutmadı. Nəinki alınmadı, format dəyişilmədi, hətta Vyanada ona konkret şəkildə işarə verildi ki, nələr əsas gündəmdə olan məsələlərdir. Yəni, Azərbaycanın torpaqları azad olunmalıdır. Düzdür, orada humanitar məsələlər bağlı müxtəlif müzakirələr də aparıldı. Amma bu humanitar məsələlər problemin ikinci tərəfidir. Orada rəhbərlər və Minsk qrupunun həmsədrləri ona görə yığışmamışdı ki, ancaq humanitar məsələləri müzakirə etsinlər. Əsas məsələlər bu problemin həllini tapması üçün ortaya qoyulmuş məsələlərdir. Bu problemin həlli üçün daha əvvəl qəbul olunmuş prinsiplər, o cümlədən, Madrid prinsipləri, münaqişənin həllinin mərhələli planı və s. Bundan başqa, Paşinyan çox istəyirdi ki, müzakirə ancaq Dağlıq Qarabağ ətrafında getsin və separatçılar da bu müzakirəyə qoşulsunlar. Ancaq bu Qarabağ klanının deyil, Ermənistanla Azərbaycanın münaqişəsidir. Bizim torpaqlarımızı işğal edən Ermənistan ordusudur. İndi də Qarabağda yerləşdirilən ordu Ermənistan vətəndaşlarıdır. Məsələ budur. Azərbaycan da, Minsk qrupu da Vyana görüşündə bir daha bu faktı təsdiqlədi. Ona görə əlbəttə ki, Ermənistanın siyasi və ekspert dairələri Paşinyana qarşı iddialar qaldırır, onu Azərbaycana təslim olması ilə ittiham edirlər. Reallıq da elə bundan ibarətdir”.

Politoloq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünə də aydınlıq gətirib:
“Bu görüş ölkə rəhbərlərinin müvafiq tapşırıqları çərçivəsində həyata keçiriləcək. Vyana görüşündə belə bir qərar qəbul olunmuşdu ki, nazirlər görüşsün və bu zaman konkret təkliflər planı hazırlayıb ölkə rəhbərlərinə təqdim etsinlər. Düşünürəm ki, bu məsələlər ətrafında müzakirələr aparılacaq. Azərbaycanın mövqeyi aydın və şəffafdır. Amma mən düşünürəm ki, Ermənistanın xarici işlər naziri yenə də açıq müzakirələrdən qaçacaq, dolayı yollarla məsələni uzatmaq üçün digər problemləri qabağa çəkəcək. Ermənistanın konstruktiv mövqeyinə şübhə ilə yanaşıram”.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan BMT-də Qarabağdan danışdı
Paşinyanın qarşısına hansı tələb qoyuldu? - Vyana görüşünün DETALLARI AÇILDI

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü