Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11429
az

Dağlıq Qarabağ münaqişəsi yalnız bu şəkildə həll oluna bilər - İrəvana MESAJ

23:1729 Mart, 2019
966
  • A
Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov İtaliyaya səfəri çərçivəsində “Agenzia Nova” informasiya agentliyinə müsahibə verib.

Bu barədə Oxu24.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir müavini bildirib ki, bu səfər İtaliya və Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu təsdiq edən bir səfərdir. Ramiz Həsənov səfər zamanı keçirdiyi görüşlər barədə ətraflı məlumat verib. O deyib ki, Azərbaycan və İtaliya arasında münasibətlər yüksək səviyyədədir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Bunu Prezident İlham Əliyevin İtaliyaya çoxsaylı səfərləri, ötən il Prezident Sercio Mattarellanın ölkəmizə səfəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya səfəri təsdiq edir.

Nazir müavini parlamentlər səviyyəsində münasibətlərimizin də yüksək səviyyədə olduğunu deyib. O, həmçinin iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq bunun mükəmməl təmələ söykəndiyini qeyd edib. “İtaliya bizim ən böyük ticarət tərəfdaşımız, Azərbaycan isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda italyan mallarının ən böyük idxalçısıdır”, - deyə o əlavə edib.

Enerji sahəsində əməkdaşlıqdan bəhs edən nazir müavini enerji mənbələrinin və təchizatının şaxələndirilməsi üçün strateji layihə kimi istinad edilən Cənub Qaz Dəhlizinin əhəmiyyətinə toxunub. O deyib: “İtaliya hökumətinə Trans-Adriatik boru kəməri layihəsinə (TAP) dəstəyinə görə təşəkkürümüzü bildiririk, tikinti işlərinin razılaşdırılmış qrafik üzrə vaxtında yekunlaşdırılması vacibdir. Enerji sektoru bizim iqtisadi münasibətlərin əsasını təşkil edir. Azərbaycan italyan mallarına və texnologiyasına yüksək dəyər verir, neft-kimya, infrastruktur, tikinti, moda kimi digər sektorlar üzrə əməkdaşlıqda da geniş imkanlar mövcuddur”. Nazir müavini əlavə edib ki, danışıqlar zamanı iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın əhəmiyyəti qeyd olunub və onun növbəti iclasının keçirilməsinin vaxtının müəyyənləşdirilməsinin zəruriliyi vurğulanıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir deyib ki, Azərbaycanın mövqeyi dəyişməz qalır və münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. BMT müxtəlif qətnamələr vasitəsilə Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirib. Ermənistan danışıqların formatının dəyişdirilməsi ilə bağlı məsələ qaldırmışdı, lakin Azərbaycan bunu qəbul edə bilməz. Minsk qrupunun həmsədrləri bəyan edib ki, danışıqların formatı dəyişdirilə bilməz. Habelə Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri də eyni mövqe nümayiş etdirib. Bu, yekdil formada Ermənistana bir cavab siqnalıdır və Azərbaycanın mövqeyinin hər dəfə daha çox dəstəkləndiyinin göstəricisidir. Münaqişənin həlli regiona sülh və sabitlik gətirəcək. Azərbaycan beynəlxalq hüquq və ölkəmizin ərazi bütövlüyü çərçivəsində münaqişənin tezliklə həllinə çalışır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?
Qarabağda vəziyyət tamamilə Bakının xeyirinə dəyişir - Ermənilər qorxu içində

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM