Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11177
az

Flora Kərimova barədə gizli qalan ŞOK həqiqətlər:Ermənistanın xalq artisti adından imtina edibmiş...

19:1022 Mart, 2019
4398
  • A
 
Flora Kərimova ilk qadağanı Sovetlər dövründə Qarabağda keçirilən konsertdəki insidentə görə almışdır. Belə ki, Sara Qədimova, Şövkət Ələkbərovadan sonra oxumalı olan erməni əsilli müğənni, çox zildən Qarabağ Şikəstəsini oxumuşdur. Növbəti çıxış Flora Kərimovanın idi və sənətkar konsertin proqramında nəzərdə tutulmuş əsəri deyil, elə Qarabağ Şikəstəsini 2 not daha yüksəkdən ifa etməklə hamını təəccübləndirmişdir. Lakin, Bakıya qayıtdıqdan sonra, o dövrkü mədəniyyət nazirliyi bu addımı milli təəssüb kimi qiymətləndirərək, Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırmışdılar.
Ən uzunmüddətli qadağanın tarixcəsi daha maraqlı olmuşdur. O dövrdə, Moskvada belə qərara alınmışdır ki, hər respublikadan bir nəfərə SSRİ xalq artisti adı verilsin. Flora Kərimovanın, Moskvanın Mərkəsi Televiziyasının sifarışı ilə çəkilmiş musiqili filmdəki ifasından mütəəssir olan, SSRİ Mədəniyyət Nazırliyinin əməkdaşları, Azərbaycandan seçiləcək sənətkarın Flora Kərimova olmasını istədiklərini bildirmişdirlər. Bu qərarın əsas səbəbi, sənətkarın Fantastik ölçülərə malik səs imkanlarının olması idi və bundan əlavə, FLora Kərimova bir çoxlarından fərqli olaraq, Ali Musiqi Təhsilinə malik idi (həm Asəf Zeynallı adına musiqi məktəbini, həm də Konservatoriyanı bitirmişdir), həm də rus dilini sərbəst bilirdi (bu o dövrdə, ziyalı üçün vacib şərt idi). Lakin son anda, elə sənətkarın özü bu məsələni alt-üst etdi. Belə ki, o dövrdə SSRİ xalq artisti adını almaq üçün, əvvəl Azərbaycan SSR xalq artisti adını, sonra isə Ermənistan SSR xalq artisti adını almaq lazım idi və ancaq bundan sonra SSRİ xalq artisti adını verəcəkdilər. Əvvəlcə hər məqam yaxşı getsə də, söhbət Ermənistan SSR xalq artisti adına gəldikdə, FLora Kərimova Qətiyyətlə fəxri adları almaqdan imtina etdi
SSRİ hakimiyyəti bununlada kifayətlənmir beləki ona aid olan bütün əsərləri arxivdən silməyə başlayır. Lakin xalqın sevgisi nəticəsində sənətkara aid əsərlərin əksəriyyətinin 2-ci nüsxəsi gizlədilərək bu günümüzə kimi gəlib çatıb.
Qeyd edək ki, Flora Kərimova bəşər tarixində, yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən (məsələn İmma Sumac) fərqi ondadır ki, o nəinki 4-cü oktavada vokaliz ifa edir, hətta bu yüksəklikdə oxuya da bilir. Ən qəribəsi budur ki, onun səsi bütövlüklə 4 oktavanı əhatə edir - yəni bütün notları əhatə edir.
Paylaşın!❤ Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM