Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10327
az

Rusiya müharibə başlayacağı halda vuracağı 7 ƏRAZİNİ AÇIQLADI

11:0626 Fevral, 2019
918
  • A
 
Rusiya Dövlət Televiziyası "Russia-1" ABŞ-ın Rusiyanı təhdid edəcəyi halda "Tsirkon" hipersonik raketlərinin hansı əraziləri hədəf alacağını açıqlayıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da Rusiyanın istehsal etdiyi "Tsirkon" hipersonik raketlərinin hədəfi ola biləcək 7 yer indidən müəyyən edilib. Bəhs edilən siyahıdakı ilk hədəfin ABŞ-ın yüksək rütbəli hərbiçiləri ilə yanaşı Baş qərargah komandanının da oturduğu Pentaqon.

İkinci hədəf isə Vaşinqtonun 100 km şimal-qərbində ABŞ dəniz qüvvələri və dəniz piyadalarının yerləşdiyi "Camp David" Dövlət Komandanlığı Mərkəzidir.


{banner_reklam}

1998-ci ildə bağlanılan hərbi baza da siyahıda

APTV kanalının məlumatına görə, Rusiyanın "Tsirkon" hipersonik raketlərinin başqa bir hədəfi isə "Fort Ritchie" hərbi bazasıdır. Ancaq 1998-ci ildə fəaliyyəti rəsmi olaraq dayandırılan bazanın niyə Rusiya tərəfindən hədəf kimi qeyd edildiyi bilinmir.

Dördüncü hədəf Kaliforniada yerləşən McCellan Strateji Taarruz Qüvvləri Komandanlığı Mərkəzidir.

Mətbuatda yer alan xəbərə görə, beşinci hədəf isə çox aşağı tezlikli radio yayımı istifadə edən və ABŞ dənizaltı qüvvələri ilə əlqəyə cavabdeh olan "Jim Creek" Nüvə Qüvvələri Komandanlığı Mərkəzidir.

Raven Rock Dağ Kompleksi və "Fort Ritchie" də (Raven Rock Dağ Kompleksinin müdafiəsini təmin edən hərbi baza) vurulacaq hədəflər arasında göstərilir.

Xatırladaq ki, Rusiya lideri Vladimir Putin son mətbuat konfransında "Tsirkon" hipersonik raketinin səs sürətinin 9 dəfə artırılacağını və min kilometrlərlə məsafədə yerləşən hədəfə çata biləcəyini qeyd etmişdi. Rusiyalı raket mütəxəssisi Sivkov da "Tsirkon" raketinin hava müdafiə sistemlərini isti bir bıçağın kərə yağını kəsdiyi kimi kəsib, keçəcəyi ifadələrini işlətmişdi.


INF RAZILĞI TƏXİRƏ SALINMIŞDI

INF (Orta Mənzilli Nüvə Raketləri Müqaviləsi) müqaviləsindən çəkilmə qərarı ABŞ və Rusiya arasında gərginliyi artırmışdı. ABŞ Rumıniyaya "Tomahawk" raketlərini vura bilən Mk41 sistemlərini yerləşdirdiyini, Polşada da bənzər addımlar atdıqlarını açıqlamışdı.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şoyqunun müavini saxlanıldı
Vəziyyət Ukraynanın xeyrinə dəyişmir - Kirbi
Putin:

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda əməliyyat: 60 nəfər saxlanıldı