Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1000
az

Vasif Talıbov nazirliyi iki struktura böldü Vasif Talıbov nazirliyi iki struktura böldü

23:2823 Aprel, 2018
1051
  • A
 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
“Oxu24.com”un xəbərinə görə, sərəncama əsasən Naxçıvan Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradılıb.

Sərəncamda Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Mədəniyyət Nazirliyinin və Naxçıvan Turizm Departamentinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Ali Məclisinin sədrinə təqdim etmək tapşırılıb.
 
Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsində Naxçıvan Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Naxçıvan Mədəniyyət Nazirliyinin və Naxçıvan Turizm Departamentinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsi təmin ediləcək.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranın
İrəvan bu məsələdə Bakı ilə danışıqlara getmədi
Azərbaycanın sülh səylərinə Ermənistanın qarşılıq göstərilməsi vacibdir - Nazir