Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3328
az

Azərbaycan polisinə kimlər rəhbərlik edib?-

10:3702 İyul, 2018
2033
  • A
Müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 100 yaşı tamam olur.

Oxu24.com-un məlumatına görə, Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.

1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olub.1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. Lakin buna baxmayaraq, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənib.

1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülmüşlər.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olub.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına "Milli Qəhrəman" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilib.


18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilib.

Müstəqillik illərində Daxili İşlər Naziri vəzifəsini tutanm şəxlərin siyahısını təqdim edirik:

Xoyski Fətəli Xan İsgəndərxan oğlu (28.05.1918 – 17.06.1918)
Behbudxan Cavanşir (17.06.1918 – 26.12.1918)
Xasməmmədov Xəlil bəy (26.12.1918 – 16.06.1919)
Usubbəyov Nəsib bəy Yusif oğlu (16.06.1919 – 22.12.1919)
Hacınski Məmmədhəsən (22.12.1919 – 15.02.1920)
Vəkilov Mustafa bəy (15.02.1920 – 28.04.1920)
Sultanov Həmid Həsən oğlu (28.04.1920 – 01.06.1921)
Bağırov Mircəfər Abbas oğlu (05.10.1921 – 22.05.1927)
Rizayev Novruz Kərim oğlu (22.05.1927 – 10.07.1929)
Yemelyanov Stepan Fyodoroviç (01.08.1929 – 05.02.1941)
Yaqubov Mirteymur Ələkbər oğlu (06.03.1941 – 01.06.1943)
Atakişiyev Ağasəlim İbrahim oğlu (10.07.1943 – 06.06.1953)
Quskov Anatoliy Mixayloviç (08.08.1953 – 25.03.1954)
Buliqa İvan Yefistovyeviç (30.04.1954 – 10.07.1956)
Kərimov Əli Həbib oğlu (11.08.1956 – 05.02.1960)
Məmmədov Xəlil Məmməd oğlu (03.11.1960 – 05.01.1965)
Əlizadə Məmməd Əli oğlu (05.01.1965 – 19.03.1970)
Heydərov Arif Nəzər oğlu (19.03.1970 – 20.07.1978)
Vəliyev Cəfər Cəbrayıl oğlu (04.11.1978 – 06.04.1987)
Məmmədov Aydın İsrafil oğlu (07.04.1987 – 09.05.1990)
Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 – 18.11.1991)
Kərimov Tofiq Mirzə oğlu (18.11.1991 – 20.02.1992)
Əliyev Tahir Yunus oğlu (24.02.1992 – 25.05.1992)
Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 – 16.04.1993)
Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 – 25.06.1993)
Novruzov Vaqif Yusif oğlu (07.07.1993 – 29.04.1994)
Usubov Ramil İdris oğlu (29.04.1994)


"Polis günü" münasibətilə bütün polisləri təbrik edir, dövlətimizin və millətimiz üçün önəmli işlərində nailiyyətlər arzu edirik! Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orqanizminizi mikroblardan təmizləyin
Azərbaycan incəsənətinə böyük itki: Arif Məhərrəmov vəfat edib - FOTO
“VAZ 2106” ilə qoyunları vurub öldürdü

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü