Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11409
az

Şərurlu İsfəndiyar tərəfindən evi əlindən alınan şəhidin həyat yolu

15:0229 Mart, 2019
1922
  • A
 
Qeyd edək ki, bu günlərdə Ali Məhkəmə “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında şəhid zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqda qərar çıxarıb.  Qeyd  olunan qərar mətbuatda  və cəmiyyətdə böyük  müzakirələrə  səbəb  olub.Elə bu gün Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Sənan Axundovun ailəsini yeni mənzillə təmin edib.

Oxu24.com  Şəhidin  həyat  hekayəsini təqdim edir:

–Axundov Sənan Tahir oğlu 29 sentyabr 1979-cu il tarixdə Füzuli rayonunda anadan olub. –Bakı şəhər 144 saylı tam orta məktəbi bitirib.(1997-ci ildə) –Bakı Ali Hərbi Məktəbi (2001), Almaniyada Hərbi Akademiyanı-alman dilində(2005), Bakı Dövlət Universitetinin hüquq fakültəsini (2009) bitirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində əmək fəaliyyətinə başlamış və Müdafiə Nazirliyində sektor müdiri vəzifəsinədək bir həyat yolu keçmişdir. Aprel hadisələrində böyük həvəs və ruh yüksəkliyi ilə doğulub boya-başa çatdığı Füzuli bölgəsinə getmiş və Lələtəpədə vəzifə salahiyyətlərinin icrası zamanı çiyindaşını ölümün pəncəsindən xilas edərək özü qəhrəmancasına həlak olmuşdur.
Müdafiə Nazirliyi sistemində işlədiyi müddətdə şəhid Sənan Axundovun fədəkar əməyi orden- medallar və fəxri fərmanlara layiq görülmüşdür. Ailənin tək oğul övladı, peşəkar hərbiçi Sənan Axundov 19 aprel 2016-cı il tarixdə Beyləqan rayonu ərazisindəki İbadətgahımız–Həzrəti Cərciz Peyğəmbərdə dəfn olunmuşdur. Onun xatirəsi Azərbaycan Respublikasının rəhbərliyi və Heydər Əliyev Fondu tərəfindən hər zaman uca tutulmuş, ədəbiyyat nümayəndələri onun şərəfli həyat yolunu əks etdirən əsərlər yaratmışlar. Allah rəhmət eləsin! Nurlu xatirəsi hər zaman bizimlədir!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 qızla intim münasibətdə oldu: Polis onu bu vəziyyətdə tutdu
Şərurlu İsfəndiyar tərəfindən evi əlindən alınan şəhidin həyat yolu
50 ildir psixiatriya xəstəxanasında yaşayan qadının ağrılı ömür hekayəsi :Anasını axtarır

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO