Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9441
az

Ermənistanın Qarabağda qurduğu seks imperiyası - Türkmən qızın başına gətirilən OYUNLAR

09:2230 Yanvar, 2019
1018
  • A
 
“Dağlıq Qarabağ” kitabının müəllifi, britaniyalı araşdırmaçı Harrold Keyn Azərbaycanın işğal altındakı ərazilərində rastlaşdığı şok cinayətləri qələmə alıb.

Müəllif Ermənistan mafiyasının seks turizminin bazasının məhz Xankəndində yerləşdiyini yazır və bir neçə günlük səyahəti zamanı üzləşdiyi hadisələri qələmə alır.

2000-ci ildə BMT-nin Beynəlxalq Uşaq Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və ATƏT Ermənistanda qadın və uşaq alveri ilə bağlı araşdırma aparır, ilkin mərhələdə ciddi faktlar qeydə alınır. Bu, həyəcanlı idi, lakin aysberqin yalnız görünən tərəfi olaraq real mənzərə fonunda o qədər də qorxulu deyildi. Çünki fahişəlik, qadın və uşaq alverinin əsas məkanı işğal altındakı Dağlıq Qarabağ bölgəsidir. Bu cinayətkar biznesi beynəlxalq hüquq sərhədlərindən uzaqda qalan Qarabağdan idarə etmək asandır, bu, həm də cinayətkar şəbəkəyə sərhədsiz imkanlar tanıyır.

Harrold Keyn Xankəndində “Vallex Bağ” otelinə gəlir və burada qızları satan Aleks Xaçaturyan onu qarşılayır.

– Mehmanxanada narazı görkəmdə oturan, utanan müştərilər var idi. Onlar iranlılara bənzəyirdi. Bundan başqa üç qərbli görkəmində kişi oturmuşdu, Xaçaturyan onlara xüsusi xidmət göstərirdi. “Siz məmnunsuzunuz, hara gedəcəksiniz”, o danışır, ən nəhayət, “bu gün axşam sizə qızları göndərim” deyə soruşur.

Ermənistanın mafiyasının seks imperiyasının hüdudları İspaniya, Böyük Britaniya, Skandinaviya ölkələri və Birləşmiş Ştatlara çatır, lakin bu imperiyanın başlanğıcı Qarabağdadır. Xankəndində lisenziyası olan bir neçə gecə klubu var, reallıqda isə şəhərin gecələri fahişəxanalarla doludur. Aleks təklif edir ki, axşam onunla Şaumyan meydanında görüşsək, o məmnuniyyətlə real vəziyyəti bizə göstərəcək. Biz görüşürük və kluba gedirik. Mən qızları bir-bir keçirəm və sonuncu qıza – Türkmənistandan olan Sofiyaya yaxınlaşıram. Aleks xəbərdarlıq edir ki, bu qız əsl bəladır, mən ingilis dilində danışa bildiyi üçün onu seçdim. Aleks narazılıqla başını bulayır. O, yerli qızların satılmasında maraqlıdır, çünki bundan ona daha çox faiz qalır. Biz sanki böyük bir bizneslə bağlı müzakirəyə başlayırıq. Aleks yerli qızlardan birini təqdim edir, olduqca utancaqdır. Mənim yoldaşım o qızı götürür. Sofiya ilə mənim otağıma gəlirik. Xankəndində fahişəlik qeyri-qanunidir, lakin seks ticarəti özünün mükəmməl çağını yaşayır. Qadın dəllalları qızları əvvəlcə işə götürür, bir qədər istifadə etdikdən sonra ya İrəvanın gecə klublarına, ya da Qərb ölkələrinə satırlar. Yemək yeyən və şərab içən Sofiya öz hekayəsini danışır. O, Aşqabaddan kənarda kiçik şəhərdə yaşayırmış, orada işləyən bir erməni onunla evlənmək istədiyini deyərək, İrəvana gətirir, lakin əsl faciəsi bundan sonra başlayır. Erməni İrəvanda onu narkotik qəbul etməyə məcbur edir. “Mən qışqırır, etiraz edirdim, sonra bacarmadım. Narkotiki bədənimə yeritdilər, döydülər, dişlərim sındı, xəstəxanaya düşdüm. Daha sonra məni narkotikdən asılı vəziyyətə saldılar və heroin qarşılığında nə istədilərsə etdim”, Sofiya danışır. Onun bədəni bir müddət ən qiymətli əmlak kimi idi, İrəvanda bahalı “Omeqa” klubunda seks işçisi kimi qəbul olunur, köhnəldikdən sonra Xankəndinin ucuz fahişəxanalarında özünə yer edə bilir. Bu, İngiltərə Premyer Liqası kimidir, oynaya bilməyənlər aşağı liqə düşürlər. Sofiya da heroin iylədiyi üçün tez düşür və aşağı liq olan Xakəndi klublarına göndərilir. O, mənim otağımda rahat yuxudan sonra tezdən gedir və ona kifayət qədər nağd pul verirəm. Çox sevinir, lakin biz İrəvanda onun haqqında Türkmənistan səfirliyinə məlumat verdik.

Keyn yazır ki, Ermənistan və Dağlıq Qarabağda hər bir fahişə qadının öz hekayəsi var.

– Bir çoxu ucqar kəndlərdən oğurlanıb və cinsi istismara məruz qalıblar, daha sonra seks işçisi olaraq işləməyə məcbur olublar. Digərləri kimsəsiz və yoxsulluqdan bu yola düşüb. Və heç kim bu dəhşətli halın qarşısını almır. Çünki seks sənayesi müəyyən orqanların himayəsi altında həyata keçirilir və onlar bundan böyük məbləğdə pullar qazanırlar.

(Məqalənin tam mətni ilə burdan tanış ola bilərsiniz: http://www.narcokarabakh.net/en/stories/ch5).

Faktlar təsdiq edir ki, Azərbaycan torpaqlarının işğalına susan dünya həm də Ermənistanın böyük seks imperiyasının çiçəklənməsinə şərait yaradır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı
Xankəndi belə dəyişdi - Yeni görüntülər - VİDEO

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO