Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6614
az

Erməni vəhşiliyindən erməni danışır- “Xaç naminə” kitabından dəhşətlər

16:2931 Oktyabr, 2018
958
  • A

 “9 yaşlı qızın meyidinin sinəsinə ayağımı qoyub, keçdim.”- Erməni jurnalist cinayəti etiraf etdi


1992- ci il 26 fevral tarixində Rusiyaya məxsus 366-cı motoatıcı alayınının dəstəyi ilə ermənilər tərəfindən törədilmiş Xocalı Soyqırımı bütün dünyanı dəhşətə gətirən bir cinayətdir. Erməni hakimiyyəti bu soyqırımı rədd etməyə çalışsa da, bunun dəhşətli bir cinayət olduğunu sübut edən, çoxsaylı və danılmaz faktlar mövcuddur.

Bu dəfə erməni vəhşiliyindən erməni danışır...

Xocalı Soyqırımı ilə bağlı tarixi faktlardan danışan həmin dəhşətli günün canlı şahidi olan əslən erməni yazıçı-jurnalist Daud Xeyriyandır. O, erməni vəhşiliyini gözü ilə görən və bununla bağlı tarixi kitab yazan yazıçıdır.

Femida.az erməni cinayətlərini özündə əks etdirən Xocalı Soyqırımı dəhşətlərinin qeyd olunduğu, ən əsası müəllifi erməni olan "Во имя Креста” kitabından faktları təqdim edir.

Daud Xeyriyan kimdir? Onunla daha yaxından tanış olaq.

Daud Mansur Xeyriyan 1942- ci ildə Beyrutda anadan olub. O, əslən ermənidir. Beyrutda erməni məhəlləsi deyilən ərazidə doğulub və yaşayıb. Daud Xeyriyan ilk təhsilini də Livanda alıb. Qarabağ müharibəsi başlayana qədər o, “Qnçak” (Ermənistan milli partiyası) partiyasının Beyrut bürosunda işləyib. 1992- ci ildə müharibənin qızğın vaxtlarında o jurnalist kimi Qarabağa yollanır. 1992- ci ilin əvvəlindən 1993- cü ilin oktyabrına qədər o müharibə gedən ərazidə olur. 1993- cü ilin oktyabrında yenidən Beyruta qayıdır və orada “Xeyriyanın qeydləri” adlı yazıları “Eş-şərq” (Şərq) nəşrində çap edilir. Daha sonra həmin faktlardan ibarət , ermənilərin törətdiyi bu dəhşətli cinayətləri sübut edən “Во имя Креста” (Xaç naminə ) adlı kitab 2000-ci ildə Livanın paytaxtı Beyrutda çap edilib. İlkin versiyada kitab ərəb və erməni dilində çap edilib. Bu kitabın çapından sonra erməni lobbisi onun yayılmasının qarşısını almaq üçün bütün imkanlardan istifadə etdi. Maraqlı və təəssüf olunası bir məqam da var ki, həmin kitab Azərbaycanda hələ də yoxdur. Kitabın azsayda nüsxəsi Livanın paytaxtı Beyrutda kitabxaların bir neçəsində var.

Həmin kitabın 19-cu səhifəsindən 76-cı səhifəsinə kimi ermənilərin Qarabağ müharibəsi illərində törətdiyi vəhşiliklərdən bəhs edilir. Kitabın daha çox əhəmiyyət kəsb edən, hissəsindən biri də, 62-ci və 63-cü səhifələrdə qeyd olunan Xocalı Soyqırımının törədilməsi və ermənilərin bir azyaşlı uşağı necə yandırmasından bəhs edən hissəsidir.
Erməni müəllif kitabında yazır: “ Biz Xaçaturyanla gəlirdik. Birdən pəncərədən zirzəmiyə baxanda gördük ki, bizim əsgərlər dirsəklərindən qan axan uşağı oraya gətirir. Uşaq səs-küy salmırdı. Sakit dayanmışdı. Xaçaturyan onun ölmüş anasının döşünü kəsib, uşağın ağzına soxdu və dedi ki, türklərin əcdadları illər öncə bizim uşaqlarımıza belə əzab verib. Daha sonra, mən onun sinə hissəsindən dərisini və qarnını soydum. O, 7 dəqiqədən sonra, qan itirmədən öldü. Mən bu hərəkəti edən zaman həzz alırdıq. Baxmayaraq ki, bizim qarşımızda balaca uşaq idi. Bütün bu olanlar onun gözünün qarşısında olurdu. Buna baxmayaraq, mən peşman deyildim. Ona görə ki, öz xalqımın ( red-erməniləri nəzərdə tutur) qisasını almış oldum.”
Daha sonra erməni müəllif daha dəhşətli cinayət faktlarını etiraf edir:
“Xaçaturyan daha sonra, həmin uşağın bədənini hissələrə bölüb, itlərə atdı. Həmin gecə daha 3 türkü (red- ermənilər türk deyəndə azərbaycanlıları nəzərdə tuturlar) biz bu yolla cəzalandırdıq. Mən və Xaçaturyan bir erməni vətəndaşı olaraq, öz borcumuzu yerinə yetiridik. Bu hadisədən sonra Xaçaturyanın gözlərinə diqqətlə baxdım. Onun gözlərində qələbənin və sevincin qığılcımları saçırdı.”

Erməni müəllif hadisənin davamını belə qələmə alır...

“Daha sonra, mənim uşaqlıq dostum olan mayor Suren ora gəldi və bizə dedi:
“ Biz vəhşi deyilik, amma biz ürəyimizi buz kimi saxlamalıyıq və soyuqqanlı olmalıyıq.Türklərin əlində ölən ermənilərin ruhları bu gün sakit olmalıdır. Çünki, biz qisasımızı almışıq”.

Müəllif daha sonra növbəti günlərdə azərbaycanlıların başına açılan dəhşətli cinayətlərdən Allahdan bağışlanmaları üçün etdikləri duadan yazır:

“ Növbəti gün biz kilsəyə getdik və 1915- ci ildə həlak olmuş ermənilərin ruhları üçün dualar etdik. Orada Allahdan dünənki, etdiyimiz və gördüyümüz dəhşətlərə görə, bağışlanmağımızı istədik”
Kitabın müəllifi daha sonra 1992- ci ilin 26 fevral tarixində ermənilər tərəfindən törədilən dəhşətli Xocalı Soyqırımı barədə yazır. O, özü də, nümayəndəsi olduğu ermənilərin necə vəhşilik törətmələrinin şahidi olduğunu yazır.

9-11 yaşlı bir qızın meyidinin sinəsinə ayağımı qoyub, keçdim...

Həmin kitabın 26-cı səhifəsində ermənilərin daha bir vəhşiliyini əks etdirən tarixi bir məqamdan bəhs edilir.

“Şaxtalı səhər idi. Hava həddindən artıq soyuq idi. Bizə göstəriş gəldi ki, Daşbulağa getmək lazımdır. Amma yol palçıqlı olduğu üçün keçmək mümkün deyildi. Komandir göstəriş verdi ki, öldürülən türklərin (red- azərbaycanlıların) meyidlərindən körpü düzəldin və bataqlıq hissəni o cür keçin. Mən meyidləri daşımaq istəmirdim. Çünki, içimdə bir qorxu yaranmışdı. Onda polkovnik-leytenant Aqanyan mənə bir işarə verdi ki, mən qorxmayam. O deyirdi ki, bu müharibənin qanunlarından biridir. Ondan sonra mən təxminən 9-11 yaşlı bir qızın meyidinin sinəsinə ayağımı qoyub, keçdim. O, təzə öldüyü üçün başından və qarnından qan axırdı. Biz meyidləri daşıyıb, palçıqlı yola tökürdük ki, oradan keçə bilək. Ona görə, mənim bütün paltarım, çəkmələrim və saçım belə qana bulaşmışdı. O,zaman 1200 meyiddən körpü kimi istifadə edildi. Mən təxminən o qədər meyid gördüm.

Daha sonra erməni yazar Daud kitabın 63- cü səhifəsində yazır:

“…Mart ayının 2-də “Qaflan” adlı erməni qrupu ( onlar meyitlərin yandırılması ilə məşğul idi) alçaq monqollardan ( red- türkləri nəzərdə tutub) təxminən 2000-ə qədər meyit yığdı və onları ayrılıqda Xocalıdan bir neçə kilometr qərbdə yandırdı.”
Kitabın ən dəhşətli və qandonduran hissələrindən biri də, 10 yaşlı bir qızın başına gətirilən dəhşətli bir cinayətlə bağlı olan bölümdür.
Səhifə 63- də müəllif yazır: “ Sonuncu yük maşınında təxminən 10 yaşlarında olan qız var idi. O, boynundan və əlindən yaralanmışdı. Yarası çox ağır idi. Amma o yavaş-yavaş nəfəs alırdı. Hava çox soyuq idi. Güclü şaxta var idi. Bu qədər yarasına baxmayaraq uşaq hələ də yaşayırdı . Həyatımda heç vaxt unutmayacağım bir hadisə ilə rastlaşdım. Heç vaxt o uşağın ölümlə mübarizə aparan gözlərini unutmayacağam. Bir az keçdikdən sonra, Tiqranyan adlı əsgər onu qulağından tutaraq mazutlanmış leş yığınına tərəf sürüdü və daha sonra onları yandırdılar. Orada bir nəfər qışqıraraq, kömək istəyirdi, yalvarırdı. O, qədər həyəcan keçirmişdim ki, yeriyə bilmirdim.
Ancaq mən bütün müqəddəslər tərəfindən lənətlənmiş türkləri qırmaq və Şuşanı azad etmək istəyirdim. Ona görə də mən qayıtdım. Onlar isə özlərinin “Xaç naminə ” yürüşlərini davam etdirdilər”.

Erməni müəllifin yazdığı tarixi fatlardan da məlum olduğu kimi, Xocalıda Azərbaycan türklərinə qarşı misli görünməyən bir soyqırım törədilib. Dünyada baş verən müharibələrin heç birində görülməyən vəhşilik məhz Xocalıda, ermənilər tərəfindən törədilib. Xocalı Soyqırımı zamanı 613 insan həlak olub, onlardan 63ü– uşaq; 106- sı - qadın; 70-i – qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb. Girov götürülən insanların sayı – 1275 , İtkin düşənlərin sayı – 150 nəfərdir.

Müəllif: Miri Məcidli
Femida.az
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı
Xankəndi belə dəyişdi - Yeni görüntülər - VİDEO

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Pensiya alanların NƏZƏRİNƏ - Artımlar...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR