Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
248
az

\"Murov qartalı\" Sumqayıtda anıldı - Raquf Orucovsuz 2 il

14:3804 Aprel, 2018
3477
  • A
 
Aprel döyüşləri zamanı şəhid olan polkovnik-leytenant Orucov Raquf İbrahim oğlunun anım mərasimi keçirilib.

Oxu24.com xəbər verir ki, Sumayıt Şəhidlər Xiyabanından başlayan anım tədbirində şəhidin ailə üzvləri, ictimai fəallar,millət vəkili Qənirə Paşayeva,sumqayıtlı jurnalist Aida Eyvazova və başqa şəxslər iştirak edib. Qəhrəman zabitin ruhuna dualar oxunduqdan sonra bir sıra şəxslərin Raquf Orucov haqqında çıxışları baş tutub.

Sumqayıtda Şəhidlər Xiyabanında qəhrəman şəhidlərimiz Raquf Orucov və Murad Məmmədovun anım tədbirində çıxışı zamanı  millət vəkili Q.Paşayeva Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək  Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik deyib.

Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq deyib. Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər.

Q.Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib.

Tədbirdə iştirak edən Ağdam rayon icra hakimiyyətinin rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri çıxış edərək Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimiz hər zaman sevgi ilə anılacaq deyiblər.

Millət vəkili Q.Paşayevanın anım tədbirində çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

Xatırladaq ki, Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrıldı və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşuldu. Anası Raya xanım oğlu üçün yaman nigaran idi. Günlərin birində Raquf evə axsayarağ gəldi. Raquf Orucov bu üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası aldı. Anası onun yaralandığını görməsin deyə, Raquf iradəsini topladı, anası ilə görüşdən yayındı. Elə həmin günlərdə ermənilərin Ağdam rayonunu atəşə tutması nəticəsində Raquf Orucovun dayısı Azər Rəhimov şəhid oldu. Qanlı döyüşlərdə Azərbaycan ordusu nə qədər şücaət göstərsədə, 1993-cü ilin 12 iyun günündə rus-erməni ordusu Ağdam rayonunun Cinli kəndini işğal etdi. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid oldu. Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verdi, amma məktəbə qəbul ola bilmədi. Buna baxmayaraq o, ruhdan düşmədi və ertəsi il həmin məktəbə qəbul oldu. Anasının qisasını ermənilərdən alacağı ümidilədə onun şərəfli hərbçi həyatı başladı.








 
Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurdu; Aqşin və Nihad adında iki oğlu yadigar qalıb.

Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələndi. Kursant Orucov, ona məktəbdə verilən müavinatları özünə xərcləmir, gətirib atasına, onlara analıq edən nənəsi və ömrünü qardaşının dörd övladına həsr edən, bibisi Səyyarə xanıma verir.

1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat aldı, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verdi. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa aldı və kəçfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdi.

2016-cı ilin aprel ayının əvvəlindən polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatıldı. Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salındı. Sumqayıt şəhərində baş tutan dəfn mərasiminə 10 000-dən çox insan, Müdafiə Nazirliyinin üst rütbəli zabitləri Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.


Müxbir: M.M
Fotolar İlqam Cəbiyev 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı
Xankəndi belə dəyişdi - Yeni görüntülər - VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda əməliyyat: 60 nəfər saxlanıldı