Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2392
az

Naxçıvanda azad edilən yüksəkliklərin fotoları - İLK DƏFƏ

13:3630 May, 2018
4522
  • A


Ermənistan müdafiə nazirliyi Vayots Dzor vilayətinin Arpa kəndi istiqamətində Azərbaycanın azad etdiyi yüksəkliklərə münasibət bildirib. 


Oxu24.com  ordu.az-a istinadən xəbər verir ki,"Facebook" sosial şəbəkə istifadəçisi Siranuş Tumanyan, öz səhifəsində bildirib ki, Arpa kəndi yaxınlığında Azərbaycan yeni mövqelər qurub.

"Areni kəndinin yaxınlığında Azərbaycan tərəfinin yeni mövqelərini, fotoları elə bu an Areni kəndinin bağlarından çəkmişəm. Kənd onlar tərəfindən tamamilə müşahidə edilir. Hazırda bizim mövqelər daha aşağı səviyyədə qalıb. Kənddə çaxnaşmadır. İnanmayanlara və inkar edənlərə, xahiş edirəm ki, Areni kəndinə gəlib əmin olsunlar", - deyə Tumanyan öz "Facebook" səhifəsində yazıb. 

Nəticədə, Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan açıqlama verməyə məcbur olub.

Erməni jurnalistin "Bəs yeni mövqelərin peyda olduğu doğrudur?" sualına Hovhannisyan bu şəkildəı cavab verib: "Mən bir söz deyə bilmərəm, Azərbaycan öz tərəfində yeni mövqelər qura bilər. Onların mövqeləri, öz dövlətlərinin sərhədləri daxilindədir".

Qeyd edək ki, bu barədə daha öncə erməni hərbi jurnalist, “Hetq” internet nəşrinin baş redaktoru Edik Baqdasaryan da açıqlama vermişdi. 



"Paşinyanın seçiminin niyə məhz Artak Davtyanın üzərində dayandığına təəccüblənirəm. Davtyanın Müdafiə Nazrliyinin 5-cü ordu korpusunun komandanı kimi xidməti böyük bir uğursuzluqdur. Hətta daha öncə onun korpus komandanı vəzifəsinə təyin edilməsi də anlaşılmazlıq yaradır. Ermənistan ordusunun 5-ci korpusunun cavabdehliyi zonasında yerləşən Naxçıvanla sərhəddə baş verənlər də Davtyanın uğursuz fəaliyyətinin nəticəsidir və məhz bunun sayəsində Azərbaycan ordusu öz mövqelərini irəli çəkə və böyük əraziləri nəzarət altına ala bildi", - deyə Baqdasaryan qeyd edirdi.

Günün videosu: Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı
Xankəndi belə dəyişdi - Yeni görüntülər - VİDEO

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO