‡агрузка...

Milli Qəhrəman Murad Mirzəyevin doğum günüdür -

 Bu gün apreldə şəhid olan Milli Qəhrəman, polkovnik-leytenant Murad Mirzəyevin ad günüdür.


Oxu24.com  xəbər verir ki, Murad Mirzəyev 1976-cı ilin 31 mart tarixində Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmaqa can atan Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib.

ABŞ, Rumıniya və İordaniyada hərbi təlimlər keçən Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyev 2016-cı il aprelin 2-də, 40 yaşında şəhid olub. Milli Qəhrəmanın özündən sonra 2009 və 2011-ci il təvəllüdlü iki övladı yadigar qalıb.

loading...




Paylaş:


31-mar, 2018 1 044
loading...
Загрузка...
loading...