Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7538
az

Zərdabda evləri əlindən alınan çoban ailəsi at arabasında yatır + ŞOK VİDEO

15:5730 Noyabr, 2018
1071
  • A
 
Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızı tərəfindən Oxu24.com- a müraiət daxil olub.

Vətəndaşın iddialarına görə, rayonda yüksək vəzifə tutan məmurların təzyiqi ilə evləri əllərindən alınıb və ailə hazırda küçələrdə yaşayır.

“Həyat yoldaşım Sarəncin valideyinləri sovetlər dönəmində Məlikmudlu kəndinin kolxoz fermasında çoban və sağıcı işləyiblər. Buna görə də onlar fermanın işçiləri üçün nəzərdə tutulmuş evdə yaşayıblar. Həyat yoldaşım Sarənc Mehdiyev həmin fermanın evində doğulub. Mən də həmin evə gəlin gəlmişəm. Orada iki uşağımız doğulub. Sovet qurluşu dağıldıqdan bir müddət sonra həmin fermanın çoban evi atam Mehdiyev Nəsrəddin Nəsir oğluna əmlak payı kimi verilib. Buna dair sənədlər də var. Bundan sonra biz həmin ərazidəki torpaqdan istifadə etmək üçün Məlikmudlu bələdiyyəsi ilə icarə müqaviləsi bağladıq ki, bunun da sənədi var”.

Kənd sakininin iddialarına görə, Zərdab rayonun icra başçısının sabiq müavini Tofiq Abdullayev onları əmlakının yerləşdiyi torpağı həyat yoldaşı Abdullayeva Nüşabə Ağalar qızının adına 25 illik icarə müqaviləsi bağlatdırıb. Bundan sonra onları məhkəməyə verib və evləri əllərindən alınıb.

 
Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızının iki azyaşlı uşağı ilə birgə yaşadığı evin əhatə etdiyi torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi başqa şəxsin adına qanunsuz olaraq reyestr çıxarışı verib.İndi həmin şəxs Günel Mehdiyevanı iki azyaşlı uşağı ilə oradan çıxarılaraq evin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib.Həmin evi sovetlər dönəmində kolxoz inşa edib çoban evi olub.1997-ci il tarixdə Aqrar İslahatlar zamanı həmin çoban evi Günel Mehdiyevanın qaynatası çoban Mehdiyev Nəsrəddin Nəsir oğlunun ailə üzvülərinə əmlak payı olaraq dövlət tərəfindən verilib.Buna dair sənəd var. Günel Mehdiyeva 2004-cü il tarixdə Mehdiyev Sarənc Nəsrəddin oğlu ilə nigah bağlayıb həmin çoban evində ailə həyatı qurub. Birgə nigahdan iki övladları dünyaya gəlib. Günel Mehdiyeva qeyd edir ki, "bu barədə bütün aidiyyatı orqanlara şikayət ərizələri sənədlər göndərmişəm.Əgər bizi çıxarıb evi söksələr özümü və iki azyaşlı uşaqlarımı yandıracam, məsuliyyət isə saxtakarlığı etmiş vəzifəli şəxslərin üzərinə düşəcək".




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın namaz qılarkən qapı açıldı, onun başına gələnlərə inanmayacaqsınız-VİDEO
Sosial yardım almaq istəyənlərə şad xəbər: Artıq bu tələb yoxdur +VİDEO
Güllələnən məşhur ekstrasens Rəşad Atakişiyevlə bağlı proqnoz veribmiş — ŞOK VİDEO

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO