Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16913
az

Deputat oğlunun da olduğu davanın şok görüntüsü -Relaksda nələr baş verib?

12:4119 Avqust, 2019
1320
  • A
 
Lerikdə "Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.


Oxu24.com  xəbər verir ki, ötən gün "Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.


Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.

Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar.

"Relax" İstirahət Mərkəzində Vergilər Nazirliyinin əməkdaşları ilə işçilər arasında baş verən davada xəsarət alan 4 nəfər Lerik Rayon Mərkəzi xəstəxanasına gətirilib.



Unikal.org-un əldə etdiyi məlumata görə, xəsarət alanlar istirahət mərkəzinin işçiləridir. 1942-ci il təvəllüdlü Qarayeva Gülzar Namiq qızı qapalı kəllə-beyin travması alıb. O, hazırda xəstəxanada müalicə alır. Digər xəsarət alanlar - 1992-ci il təvəllüdlü Şahverdiyev Rahim Bəhlul oğlu sağ ayağın diz nahiyyəsinin cırılmış yarası, sağ əlin üst səthinin sıyrılmış yarası və belin küt travması ilə, 1958-ci il təvəllüdlü İmanov Kamran Məmmədağa oğlu hər iki diz nayihəsinin sağ dirsək nahiyəsinin kürək nahiyəsinin sıyrılmış yarası və küt travması ilə, 1988-ci il təvəllüdlü Abbasov Amid Nağızadə oğlu kürək nayihəsinin sıyrılmış və küt travması ilə Lerik Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə müarciət edib. Onlara tibbi yardım göstərildikdən sonra ambulator qaydada müalicə almaq üçün evə buraxılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güllələnən məşhur ekstrasens Rəşad Atakişiyevlə bağlı proqnoz veribmiş — ŞOK VİDEO
Bakıda dövlət tədbirində QALMAQAL: Afaq Bəşirqızı konfransı tərk etdi - “Sizə ar olsun!
Bakıda biabırçılıq! Qız  erotik hərəkətlər edib oğlanları kafeyə çağırır

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO