Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15015
az

Tibet tülküsü haqda inanılmaz faktlar

09:5328 İyun, 2019
1753
  • A
 

Tibet tülküsü  öz növünün nümayəndələri arasında ən kiçiklərdən sayılır: bədəni 60-70 sm, tüklü quyruğu da üstəlik 30-45 sm. Çəkisi də 4-5,5 kq. Xasiyyəti də qızıldı. Yazacam.

Üz ifadəsi elə sakit və tərki-dünya olub nirvanada var-gəl edən fason olur ki, sanki bütün günü meditasiya edir. Tibet əhli başqa cür ola da bilməz.

Amma əslində  bəxtləri o qədər də gətirməyib. Onların yaşadıqları ərazilərdə (Tibet yarımsəhraları, gözdənuzaq çölləri, şimal-qərbi Hindistan, Nepal) yayda +30 C, qışda -40 C temperatur, tez-tez əsən güclü külək olur. Yedikləri, əsasən, fitçalan balaca dovşanlardı (şərhdə videoda hər ikisi var), onu da tülkülərə çox görüb insanlar qırıb-çatırlar ki, ziyanvericidirlər. Adi dovşanlar kompleks hissi yaşamasın deyə onları da basıb yeyirlər. Həmçinin kiçik həşəratları, kərtənkələləri, giləmeyvə, arabir desert kimi leşləri də.

 
Çox ehtiyatlı olduqlarından və yaşadıqları ərazilərə gedib çıxmaq müşkül məsələ olduğu üçün ilk dəfə onları yalnız 2006-cı ildə videoya çəkmək nəsib olub.

Bir dəfə ailə qurub müştərək həyata start verirlər. Ova da bir çıxırlar, yeyib-içməkləri ilə də bir-biriləriylə bölüşürlər. Dişi 2 aylıq hamiləlik dövründən sonra öz yuvasında dünyaya 60-120 qramlıq 2-5 bala gətirir və uzun müddət qayğılarına qalır. Ov ovlamaq da bu müddət ərzində erkəyin kövrək çiyinlərinə düşür. Bir neçə həftədən sonra balalar yuvadan çıxır, amma yenə analarının balağından əl çəkmirlər. 10-11 aylığına kimi valideyn himayəsindən eninə-uzununa istifadə edirlər.

"Deyib-gülməklə" araları yoxdur. Çox nadir hallarda ailə daxilində sakit səslə hal-əhval tuturlar. Tibet tülküsü öz soydaşlarıyla heç konfliktə girməzlər. Hətta eyni ərazini də xalxın tibet tülküsüylə böyük məmuniyyətlə bölüşürlər.

Əslində 10 ilədək yaşamalıdırlar. Amma vəhşi təbiətdə cəmi 5 il ömür sürürlər. Yerli əhalinin ev itlərinin hücumu, elə əhalinin özünün də xəzlərinə göz dikib onları məhv etmələri nəticəsində bu biçarələrin sayı azala-azala gedir.

Məlumat  Ali Akberə məxsusdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tolik:
Canlı yayımda gözlənilməz anlar: Aparıcı biabır oldu
Dəhşətli görüntü: Dəniz ilbizi dovşanı parçaladı

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ