Oxu24.com xəbər verir ki, News24.az saytının növbəti qonağı ilahiyyatçı, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənlidir.
Hacı Şahin Həsənli müsahibə zamanı cindarlar, orqan bağışlanması və başqa mövzulara toxunub.
O, həmçinin çoxlarında maraq doğuran süni mayalanmaya dinimizdə icazə verilib-verilməməsindən də danışıb: “Süni mayalanma ilə bağlı birmənalı fikir söyləmək çətindir. Çünki fərqli yanaşmalar, müxtəlif fikirlər var. Müəyyən şərtlər çərçivəsində dinimiz süni mayalanmaya icazə verir. Tam qadağan edilməyib. Bəzən deyirlər ki, övlad məsələsi qismətlə bağlıdır. Bu da bir az mübahisəli məsələdir. Çünki Allahın bizim ixtiyarımıza buraxdığı elm özü də bir vəsilədir. Keçmişdə sağalmayan xəstəliklər indi müalicə olunur. Biz deyə bilmərik axi, bu, Allahın qismətidir və o adam dünyasını dəyişməlidir”.
İlahiyyatçı müsahibəsində el arasında uzun illərdir əməl edilən, lakin din ilə heç bir əlaqəsi olmayan dəfn adətlərindən də söz açıb: “Bir sıra adət-ənənlər var ki, onların dinlə əlaqəsi yoxdur və onlar sağlam məntiqlə də uzlaşmır. Bunlar xurafat, mövhumat adlana bilər. Düşünürəm ki, onlardan imtina etmək lazımdır. O cümlədən də, insan dünyadan köçərkən güzgünün üzərinə parçanın salınması, yaxud, meyitin üzərinə daş, güzgü, bıçaq kimi əşyaların qoyuması. Bunlar dinlə əlaqəsi olmayan inanclardır. Misal üçün, daş qoyurlar ki, rəhmətə gedən şəxs evdən heç kimi aparmasın. Axı ölünün arxasınca kimi isə aparmaq qüdrəti yoxdur. Biz dərk etməliyik ki, insanı öldürmək yalnız Allahın ixtiyarındadır”.
Müsahibəni təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR