Son günlər efirlərdə reklamı gedən süni mayalanmanın daha bir mənfi tərəfi üzə çıxıb. Azərbaycanda övladı olmayan qadın müalicə adı ilə aldadılaraq süni mayalanma edilib.Oxu24.com xəbər verir ki, bu barədə məlumatı Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişində məlumat verilib. Elmina adlı qadının iddiasına görə, ailə həyatı qurduqdan sonra övladı olmayıb. Qayınanası onun xəbəri olmadan həkimlə gizli sövdələşməyə gedərək onu süni mayalanma etdirib. Qadının sözlərinə görə, uşağın süni mayalanma olduğunu illər sonra bilib.
"Övladımız olmurdu. Bizi xəstəxanaya müalicə adı ilə gətirdilər. Mənə dedilər ki, vurulan iynələr müalicə üçündür.Sən demə qaynanam gizlin şəkildə başqa bir kişinin vasitəsi ilə məni süni mayalandırma etdirib.Mən ancaq öz ərimdən övlad istəyirdim", deyə qadın canlı yayımda bildirib.
Şikayətçi qismində verilişə müraciət edən qadın bidirib ki, hazırda ailəsi ilə ayrılıb. Hər şey də uşağı qarşı tərəfə vermədiyi üçün üzə çıxıb.
Daha ətraflı videonu təqdim edirik:
Digər xəbərləri də oxuyun: Sevgilisi Qənirəni otelə apardı,çıxdıqdan sonra 55 bıçaq vurdu-Foto 18+İntim münasibətlə bağlı illərdir doğru bilinən yanlışlar Oxu24.com
ŞƏRHLƏR